Milli Məclisin vitse- sipkeri Valeh Ələsgərovun torpaq sahəsindən narko plantasiya aşkar edilib. Moderator.az-ın xəbərinə görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları Valeh Ələsgərovun doğulduğu Karayeri kəndində əməliyyat keçirib. Əməliyatçılar Valeh Ələsgərova məxsus olan torpaq sahəsində qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada “Kiprit” qutularında dolu olan bir neçə karobka marixuna aşkar edərək götürüb. Samux polisinin əməliyatçıları restoranın ərazisində ki, sahəyə baxış keçirərəkən, həmşinin, xususi qaydada becərilmiş olan 9 ədəd çətənə kolu aşkarlayarq maddi sübut kimi də götürülüb. Karayeri qəsəbəsində keçirilmiş əməliyyatla bağlı 4 nəfər kənd sakini barəsində Cinayət Məcələsinin 234-cü maddələri ilə cinayət işi qaldırılaraq, barələrində Samux Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbsqətimkan tədbiri seçilib. Həbs edilənlərdən Samux rayonunda eləcə də ətraf rayonlarda “Narko Baron” kimi tanınan Nazim adlı şəxs narkoticarətə rəhbərlik etməsi üzə çıxıb. Mənbəmiz onu da bildirib ki, nədənsə polis Rasim Ələsgərovu saxlamağa tələsmir. Görünür, bu fakt onun qardaşının vitse-spiker olması ilə bağlıdır. Onu da qeyd edək ki, vitse-spikerin torpağına bitişik sahədə də plantasiya aşkarlanıb. Həmin sahənin sahibi Vüqar Qoşqarov daazadlıqdadır. Bu olayla bağlı xəbərin davamını Moderator.az-da izləyin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?