Dövlət qurumları onlara ünvanlanan sualları cavabsız qoya bilməyəcək. Rabitə və İnformasiya Texnolologiyaları Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, “Elektron hökumət” portalı bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə son qoyacaq.
Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq kağız üzərində əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.
Xəbərdə bildirilir ki, müraciətin icrasının qeyri-qanuni səbəblər üzündən ləngiməsi, icrasına başlanmaması kimi səbəblər üzündən mübahisəli halların yaranacağı təqdirdə müraciət edən şəxs müraciət etdiyi quruma qarşı bunu əsas sübut kimi istifadə edə biləcək. Vətəndaşların e-gov.az portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərin nəzarət mexanizmi var. Qeyd edək ki, portal üzərindən aparılan bütün əməliyyatlar loglaşdırılır. Lazım olduqda vətəndaşın hansı tarixdə hansı quruma hansı mövzuda müraciət etdiyi haqda arayış vermək mümkündür.
Elektron hökumət sorğular, onların məzmunu, müraciətlərə cavab verilib-verilməməsinin hesabatını aparılacaq
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?