Dini Komitənin ekspertinə suallar verən vəkil Yalnçın İmanov hakimin qəzəbinə gəlib Sentyabrın 5-də Ağır Cinayətlər Məhkəməsində ötən ilin mayında həbs olunmuş azadxeber.net saytının baş redaktoru Nicat Əliyev, dindarlar Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçən məhkəmə prosesində təmin olunmuş vəsatətə görə, Bakı İstintaq Təcridxanasının və Ağır Cinayətlərə dair Məhkəməsinin və Daxili İşlər Nazirliyinin məktubu daxil olub. İstintaq Təcridxanasının rəisi Azər Seyidovun məktubunda qeyd olunur ki, ittiham olunan Nicat Əliyev və Elvin Nəsirovun istintaq təcridxanasına köçürülən zaman onlarda heç bir xəsarət izi olmayıb və onlardan heç bir şikayət daxil olmayıb. Bundan başqa, İsrail səfirliyinin mətbuatda açıqlamasına görə, Nicat Nazim oğlu Əliyevə səfirlik əməkdaşlarından heç kəs xəsarət yetirməyib və məlumatı təkzib edib.
Daha sonra məhkəmə iclasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eksperti Məmmədov Nahid dəvət olunub. Vəkillər ekspertizanın rəyinə əsaslanaraq DQİDK-nın nümayəndəsinə suallar ünvanlayıb.
Qeyd edək ki, suallar zamanı hakimlə vəkillər arasında anlaşılmazlıq yaranıb. Səbəb isə, ekspertin verdiyi ekspertiza rəyindən məlumatsız olmasıdır. Bundan başqa, hakim Zeynal Ağayev vəkillərə, xüsusilə də, vəkil Yalçın İmanova yerli-yersiz iradlar bildirib və bir çox suallar protokoldan çıxarılıb. Vəkil Yalçın İmanov etiraz edib və bununla bağlı bir neçə dəfə xəbərdarlıq alan Yalçın İmanov hakim cinayət işi başlanması barədə təqdimat verilməsi barədə qərar qəbul etdiyini deyib.
Y.İmanovun suallarına cavab olaraq DQİDK nümayəndəsi ekspertizanın Ədliyyə Nazirliyinin ekspert şöbəsində keçirildiyini bildirib. Bundan sonra vəkil ekspertizanın Ədliyyə Nazirliyində keçirməsinin qanuna uyğun olmadığını bildirib və hakimdən ekspertiza rəyini ləğv olunmasını istəyib. Hakim Zeynal Ağayev elan etdi ki, vəsatət baxılmamış saxlanılsın.
Daha sonra vəkillərlə ekspert arasında baş verən dialoqa müdaxilə edən hakimə etirazını bildirən vəkil Yalçın İmanova hakim xəbərdarlıq edib. Daha sonra eyni xəbərdarlığı digər vəkil Elçin Əliyevə edib. Bundan sonra hakim Zeynal Əliyev vəkilə qarşı cinayət işi açılması haqqında təqdimat verəcəyini bildirib.
Xatırladaq ki, ötən il “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda bir qrup dindar həbs olunub. Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev mayın 20-də Nəsimi rayonu ərazisində həbs olunub. Saxlanılanlar Bakıda “Eurovision” ərəfəsi yayılan disklərin hazırlanmasında və yayılmasında ititham olunurlar. Nicat Əliyev və bir neçə digər dindara qarşı 234.1-ci (narkotik saxlama) maddə ilə cinayət işi açılıb. Bir müddət sonra Əliyevə qarşı 167-2.2.1 (bir qrup şəxs tərəfindən qanunsuz dini ədəbiyyat hazırlama), 281.2 (bir qrup şəxs tərəfindən hökumət əleyhinə çağırışlar) və 283.2.3 (mütəşəkkil qrup tərəfindən milli və dini ayrı-seçkilik salma) maddələri ilə iş açılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?