Azərbaycanda çoxuşaqlı valideynlərə status verilməsi nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev məlumat verib.
Qeyd edək ki, əvvəllər Azərbaycanda “Qəhrəman ana”lar çox idi və cəmiyyətdə müəyyən hörmətə sahib idilər. Amma indi çox şey dəyişdiyi ki, çoxuşaqlı ailələrə də cəmiyyətdə münasibət dəyişib. Çoxuşaqlı ailəyə nadir hallarda rast gəlinir, həmin ailərə ancaq kənd yerlərində rast gəlmək olar. İndi demək olar ki, ailələrin böyük əksəriyyətində uşaqların sayı ikidir, 3 uşağı olan ailələrin sayı çox azdır. Hələlik ölkədə təbii artım sahəsində heç bir problem yaşanmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3% artaraq 9 264,2 min nəfərə çatıb. Bu templə gələcəkdə də Azərbaycan əhalisinin sayında heç bir problem olmayacağın görsənir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?