“Mən inanmıram ki, İran parlamenti belə bir qərar qəbul etsin. Əgər məsələ ciddiləşərsə, bu azərbaycanlıların əleyhinə atılmış bir addım olacaq”.
Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran parlamentində müzakirə olunan paytaxtın Tehrandan Təbrizə köçürülməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran hazırda Azərbaycanla münasibətləri kontekstində Təbrizin onlar üçün əhəmiyyət daşıdığını vurğulamaq istəyir. “Təbrizi öz şəhərlərindən biri hesab edərək bizə ismarıc yollayır”.
Sorğu
Yeni dizaynımız necədir?