GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dəmirbank”dan nazirin qardaşı haqda açıqlama verildi

“Dəmirbank”dan nazirin qardaşı haqda açıqlama verildi

Tarix: 11-09-2013, 15:54 Bölmə :Ölkə Baxış: 994
 “Dəmirbank”dan nazirin qardaşı haqda açıqlama verildi

Yavər Camalovun qardaşı Əlikram Camalov sentyabrın 24-də məhkəmə qarşısına çıxa bilər

“Dəmirbank”la müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı arasında çoxmilyonluq kredit davasının olması haqda məlumat vermişdik. Bu mübahisənin yaranmasının səbəbi kimi nazirin qardaşı Əlikram Camalov bankdan götürdüyü 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödəməməsi göstərilirdi. Nazir qardaşının nümayəndəsi isə israr edirdi ki, Ə.Camalov vicdanlı müştəri kimi bankdan götürdüyü kreditin fazilərini vaxtı-vaxtında ödəyib. Tərəflərdən hansının doğru, hansının isə yalan məlumat verməsini aydınlaşdırmaq üçün “Yeni Müsavat” “Dəmirbank”a sorğu ilə müraciət etmişdi. Sentyabrın 3-də banka ünvanladığımız sorğuya dünən cavab verilib. Bankın baş direktoru Oktay Əliyevin imzaladığı cavabda Mülki Məcəllə və “Banklar haqda” qanunun 41-ci maddəsinə istinad olunmaqla bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, müştəri haqda məlumatların bank sirri olması əsas gətiriliməklə sorğuya cavab verilmir. Eyni zamanda məktubda bankın hər hansı bir müştərisi haqda məlumatların yayılmasına yol vermədiyi də vurğulanır.

Bankdan sorğumuza aldığımız cavabda göründüyü kimi həqiqət üzə çıxmır. Yəni bəlli olmur ki, haqlı tərəf Əlikram Camalovdur və ya bankdır.

“Yeni Müsavat” Nərimanov Rayon Məhkəməsindəki mənbədən öyrənmişdi ki, “Dəmirbank” iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bank Yavər Camalovun qardaşı, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibi Əlikram Camalovdan bankdan götürdüyü 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödənilməsini; kreditin geri qaytarılmayacağı təqdirdə borcun girov qoyulan əmlaka yönəldilməsini tələb edir.

“Borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” adlanan iddia sənədinin niyə görə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini də aydınlaşdırdıq. Öyrəndik ki, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının baş ofisi Nərimanov rayonu ərazisində yerləşir və qeydiyyat ünvanı da bu rayonun ərazisindədir. Salyan rayonunda isə “Hacı Camalxan” KTF-nin fermer təsərrüfatı var. Yəni iddia ərazəsi fermer təsərrüfatının yerləşdiyi rayona göndərilə bilməzdi.

“Hacı Camalxan” KFT-dan “Yeni Müsavat”a daxil olan məktubda isə təsərrüfatın bankdan götürdüyü 3 milyon 950 min manat kreditin tam olaraq təyinatı üzrə xərcləndiyi qeyd olunurdu.

“Kreditin təyinatı üzrə istifadə edilməsinin monitorinqi bank tərəfindən bir neçə dəfə keçirilmiş, nəticədə kreditin bütünliklə öz təyinatı üzrə sərf edildiyi təsdiqlənmişdir. Təsərrüfatın götürdüyü kreditin əsas məbləğindən ödəniş edilməsi müqaviləyə əsasən 2013- cü ilin oktyabr ayından razılaşdırıldığından, həmin dövrə kimi olan müddətdə yalnız kreditə görə hesablanmış kredit faizlərinin ödənişinin yerinə yetirilməsi rəsmiləşdirilmişdir. Bu səbəbdan də bank tərəfindən 2010, 2011, 2012-ci il üzrə kreditə görə ödənilməli olan kredit faizi hesablanaraq təsərrüfata təqdim edilmiş, həmin kredit faizləri isə bütünlüklə banka ödənilmiş, 2013-cü il üçün isə hesablanmış kredit faizinin bir qismi ödənilmiş, qalan bir qismi isə oktyabr-noyabr 2013-cü il tarixə kimi ödənişi təmin ediləcəkdir. Bankla təsərrüfat arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kredit faizi ödənişinin gecikdirilməsi təqdirdə əlavə faiz məbləği hesablanaraq təsərrüfat tərəfindən ödənilməsi razılaşdırıldığından, faiz borcunun gecikdirilməsi təqdirdə, əksinə bank əlavə qazanc əldə edir”- deyə məktubda vurğulanırdı.

Sentyabrın 11-də yenidən Nərimanov Rayon Məhkəməsi ilə əlaqə saxladıq. Öyrəndik ki, bankın nazir qardaşına qarşı iddiasına sentyabrın 24-də baxılacaq. İddia üzrə 14:30-a təyin olunmuş iddia ərizəsinə hakim Məzahir Sadıqov sədrlik edəcək.

Qeyd edək ki, avqustun 26-da “Dəmirbank”ın nümayəndəsi İlhamə Həsənova mətbuata bildirmişdi ki, Ə.Camalovun təsisçisi olduğu “Hacı Camalxan” KFT-in direktoru olaraq “DəmirBank”dan 3 milyon 950 min manat kredit götürüb və 1 qəpik də olsa banka faiz ödəməyib. Bank rəsmisi deyib ki, Əlikram Camalov qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürüb və hazırda faizi ilə birlikdə “DəmirBank”a 4 milyon 336 min manat borcu yaranıb: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Dəmirbank” nazirin qardaşını məhkəməyə verdi

    “Dəmirbank” nazirin qardaşını məhkəməyə verdi ...

    3-09-2013, 13:23

  • 
  • Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq qalmaqal

    Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq ...

    27-08-2013, 11:37

  • 
  • Azərbaycanda nazirin qardaşı oğlu işdən çıxarıldı

    Azərbaycanda nazirin qardaşı oğlu işdən çıxarıldı ...

    8-01-2016, 18:19

  • 
  • "Birləşmirik" - Bankdan AÇIQLAMA

    "Birləşmirik" - Bankdan AÇIQLAMA ...

    17-02-2016, 17:48

  • 
  • Hakimiyyət cəza maşınını işə salır

    Hakimiyyət cəza maşınını işə salır ...

    22-09-2013, 23:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu