GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hakimiyyət cəza maşınını işə salır

Hakimiyyət cəza maşınını işə salır

Tarix: 22-09-2013, 23:46 Bölmə :Siyasət Baxış: 905
Hakimiyyət cəza maşınını işə salır
Prezidentin xəbərdarlıği seçkidən sonra icraya yönələcək
Bu gün Azərbaycanda oliqarx-məmurlar problemi cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biri olmasına rəğmən, həm də getdikcə adiləşən və artıq insanların iradəsinə zidd olsa belə normal qəbul edilən hala çevrilməkdədir. Buna səbəb isə addımbaşı rast gəldiyimiz məmur özbaşınalıqlarının qarşısının alınmasının mümkünsüzlüyüdür. Digər tərəfdən də mövcud şəraitdə “məmur özbaşınalıqları” ifadəsini təkcə vəzifəli şəxslərin bilavasitə özləri tərəfindən törədilən qanunsuz əməllərə şamil etmək düzgün deyil.
Hamıya məlumdur ki, bu şəxslərin yaxın qohumları, onların himayəsində olanlar bəzən həmin məmurun özündən belə daha artıq ambisiyalarını ortaya qoymaqla daha ciddi hüquq və qanun pozuntularına yol verirlər. Onlar özlərini daha imtiyazlı hiss etdiklərindən, hətta aşağıda hesab etdikləri vətəndaşları əzməkdən belə çəkinmirlər. Bunun adına isə qudurğanlıq, harınlıq deyilir. Ki, bu problemə prezident İlham Əliyev də dəfələrlə toxunub. Elə son Bərdə səfəri zamanı da bu barədə danışan dövlət başçısı yenidən mövqeyini “cəzalandırılacaqlar” xəbərdarlığı ilə təkrarlamış oldu.
Keçən günlərdə ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun biznes imperiyasını idarə etməkdə ona kömək edən bəzi qohumlarının yol verdikləri müxtəlif qanun pozuntularından bəhs edən ilginc faktları diqqətinizə çatdırmışdıq. Məlum olduğu kimi Y.Camalov “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Bundan başqa nazirin malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir. Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğunu bildirirlər.
Təbii ki, bu qədər sərvətin qarşısında özünə, davranışına nəzarəti qoruyub saxlamaq hər adama nəsib olmur. Elə ötən yazılarda da biz Y.Camalovun qardaşı oğlu Samir Camalovun misalında bu mülahizəni kifayət qədər araşdırmışıq. Lakin bu yaxınlarda ölkə mətbuatı üçün yeni müzakirə mövzusuna çevrilmiş digər bir olay Camalovların başqa, fərqli bir simasını da ictimaiyyətə təqdim etmiş oldu. Bu dəfə isə söhbət Yavər Camalovun qardaşı Əlikram Camalovdan gedir. Bu xüsusda mətbuatda yayımlanan məlumatlarda bildirilir ki, hələ 2010-cu ildə Ə.Camalov “Dəmirbank”dan 3 milyon 950 min manat məbləğində kredit götürüb. Bunun müqabilində isə nə əsas borc nə də həmin məbləğə hesablanmış 386 min manat məbləğində faiz borcu banka ödənilməyib. Bu səbəbdən də artıq sentyabrın 24-də Əlikram Camalov məhkəmə qarşısına çıxa bilər.
Qeyd edək ki, məlumatlarda Ə.Camalovun “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və direktoru olması, həmçinin “Dəmirbank”dan aldığı krediti də məhz bu müəssisəyə rəsmiləşdirdiyi bildirilir. Lakin təəssüflər olsun ki, biz hamımız milyonlarla vəsaitin bir məmurun əlində necə sürətli və müəmmalı şəkildə “yoxa çıxmasının” dəfələrlə şahidi olmuşuq. Yaxınlarının tutduğu yüksək vəzifə, günbəgün sürətlə artan var-dövlət və digər bu kimi məqamlar belə insanlarda özlərinin cəzasızlıq və toxunulmazlıqlarına dərin inam yaradır. Sirr deyil ki, bəzi oliqarx məmurların şəxsi sərvətləri hətta elə bir həddə gəlib çatır ki, onlar özlərini artıq dövlət daxilində ikinci bir dövlətdə hiss edirlər. Bu isə istənilən halda gec-tez acı nəticələrə gətirib çıxaran bir haldır...
Elə YAP-ın icra katibi Əli Əhmədovun də harınlamış məmurlara qarşı tədbirlərin görüləcəyi barədə fikirlər yürütməsi çox ciddi siqnal kimi qəbul edilməlidir. Əslində bu kateqoriyada icra başçısından tutmuş, nazir postuna qədər hər kəsə ciddi siqnal ötürülmüş olsa da, kimlərsə bunu ciddiyə almamaqdadır. Amma əldə etdiyimiz informasiyalardan belə bir təəssürat yaranır ki, nahaq yerə…
Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərindən dərhal sonra çox ciddi mənsəb sahibləri də daxil olmaqla təxminən 20-yə yaxın məmurun sərt formada cəzalandırılması gözlənilir: «Onların siyahıları tutulub və əksəriyyəti barədə çox ciddi faktlar da toplanılaraq birbaşa olaraq dövlət başçısına təqdim edilib. Kimdir onlar? Bu bardə təxminlər yürütmək asandır. Amma zamana ehtiyac var və seçkilərdən sonra onlarla bağlı sərt tədbirlərə ictimaiyyət şahidlik edəcək».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yavər Camalovla bağlı şok faktlar açıqlandı

    Yavər Camalovla bağlı şok faktlar açıqlandı ...

    27-01-2014, 19:57

  • 
  • Zərdabın icra başçısının oğlu həbs olundu - ÖZƏL

    Zərdabın icra başçısının oğlu həbs olundu - ÖZƏL ...

    7-09-2015, 17:45

  • 
  • Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə xofa düşdülər

    Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə ...

    28-04-2014, 10:54

  • 
  • Hakimiyyətdə böyük kapital savaşı

    Hakimiyyətdə böyük kapital savaşı ...

    13-02-2013, 10:34

  • 
  • Prezident hirlsəndi və məmurlara barmaq silkələdi

    Prezident hirlsəndi və məmurlara barmaq silkələdi ...

    15-08-2013, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu