Yavər Camalovun qardaşından çoxmilyonluq krediti məhkəmə vasitəsi ilə alacaqlar
“Dəmirbank”la müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı arasında çoxmilyonluq kredit davası məhkəmədə çözüləcək. Sentyabrın 1-də “Dəmirbank”ın iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə daxil olub. Bu haqda “Yeni Müsavat”a məhkəmədəki mənbədən xəbər verilib. Xəbərdə deyilir ki, iddia ərizəsi məhkəməyə daxil olsa da, hələlik hansısa hakimin icraatına verilməyib. “Dəmirbank” Yavər Camalovun qardaşı, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibi Əlikram Camalovdan bankdan götürdüyü 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödənilməsini; kreditin geri qaytarılmayacağı təqdirdə borcun girov qoyulan əmlaka yönəldilməsini tələb edir.
Xatırladaq ki, “Hacı Camalxan” KFT-dan redaksiyaya daxil olan məktubda təsərrüfatın bankdan götürdüyü 3 milyon 950 min manat kreditin tam olaraq təyinatı üzrə xərcləndiyi qeyd olunurdu.
Sorğu
Yeni dizaynımız necədir?