“Növbəti əfv fərmanının verilməsinə ümidliyik. Bu ölkə başçısının səlahiyyətinə aid olan məsələdir və ölkə başçısı mütəmadi olaraq ildə bir neçə dəfə belə qərarlar verir”. Bu barədə jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.
O, qeyd edib ki, Ombudsman Aparatı olaraq hər ay əfvlə bağlı bizə daxil olan müraciətləri Əfv komissiyasına göndəririk və bizim təkliflərimizə orada baxılır:
“Ombudsman Aparatı olaraq bizim hüququmuz yoxdur ki, onların işinə qarışaq. Təklif vermək hüququmuz var ki, biz də bu hüquqdan istifadə edirik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?