Dünən məhkəmədə barəsində 2 il 6 aylıq həbs qərarı çıxarılan Nigar Yaqubli ilə bağlı əfv komissiyasına müraciət olunmayacaq
Bu barədə Tofiq Yaqublu məlumat verib. Onun sözlərinə görə, Nigar Yaqubluya verilən cəza siyasi sifarişin nəticəsidir: “Əfvlə bağlı məhkəmə doğru qərar qəbul etdyi zaman müraciət oluna bilərdi. Bir halda ki, ortada yanlış məhkəmə qərarı var, bu qərarı verən şəxslərdən əfv olunmaq üçün müraciət etmək doğru olmaz” .
Qeyd edək ki, artıq bir neçə gündür ki, Prezident yanında Əfv Komissiyasının iclasları keçirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində növbəti əfv fərmanının veriləcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?