İcra başçısı cəbhəçilərin həbsini prezidentin gəlişinə görə sifariş edibmiş
Xəbər verdiyimiz kimi 09 sentyabr 2013-cü il tarixdə axşam saat 22-30 radələrində Əli Abdullayev və KXCP Gədəbəy rayon təşkilatının sədri Ceyhun Səfərov rayon mərkəzində həbs olunmuşdu. Ə.Abdullayevin idarə etdiyi avtomobili qəflətən mühasirəyə alan üç polis maşınından təqribən 15 nəfərdən çox polis əməkdaşı düşərək cəbhəçiləri polis şöbəsinə dəvət edib. Bundan sonra baş verənləri isə əməkdaşımıza Ə.Abdullayev özü danışır: “Biz hər ikimiz heç bir tərəddüd etmədən sakitcə polis işçiləri ilə birlikdə Gədəbəy rayon polis şöbəsinə yollandıq. Polis şöbəsinin qabağına çatanda gördük ki, şöbənin qabağında təqribən 100-dən artıq polis əməkdaşı var. Hər kəs kimi məni də heyrət bürüdü. Nələrin baş verdiyini həqiqi mənada anlaya bilməsəm də sonu gözləmək qərarına gəldim.Xeyli sayda polis işçilərinin mühasirəsində şöbənin inzibati binasına aparılandan sonra bizə məlum oldu ki, biz hər hansı günah ucbatından deyil sadəcə rayon rəhbərliyinin sifarişi əsasında buraya gətirilmişik. Əsl şou şöbədə başladı. Telefonlarımız əlimizdən alındı,su icmək və seqaret çəkmək qəti şəkildə qadağan olundu. Beləliklə həmin gecəni şöbədə ayaqüstə keçirməli olduq və gecə bizə verilən məlumatlardan sonra tam dəqiqləşdirdik ki, ölkə başçısı rayona səfər edəcək. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov tək bizlərin yox, narazılığını ifadə edən bütün vətəndaşların zərərsizləşməsi üçün muvafiq güstəriş veribmiş. Əlqərəz beləcə bizi 11 sentyabr 2013-cü il tarixdə Gədəbəy rayon məhkəməsinə gətirərək hərəmizi 200 manat olmaqla cəmi 400 manat cərimə etdilər. Əsas kimi isə polis işçılərinə tabe olmadığımızı göstərdilər. Mənim üçün maraqlı olan bircə odur ki, icra başçısı bu və ya bu kimi əməlləri ilə hara qədər ketmək və daha nələrə nail olmaq fikrindədir?”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?