Klassik Xalq Cəbhəsi Partiyasının, təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu məlumat verərək bildirdi ki: ”Milli Şuranın sabahkı mitinqi ilə bağlı hakimiyyətin repressiyaları sürət götürməkdədir. Bir neçə saat bundan əvvəl KXCP Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərov saxlanmış və 15 sutka həbs edilmişdir. ” Xəzər vəy bunu KXCP rayon şöbəsinin təşəbbüsü ilə sabah (yəni, avqustun 18-də-Ş.İ.) Gədəbəydə keçirilməsi nəzərdə tutulan müxalif qüvvələrin yürüş-mitinqi ilə əlaqələndirdi. X.Teyyublu dedi ki: “Yürüşün qarşısını almaq üçün yerli hakimiyyət çıxış yolunu təşkilatçıların həbsində görür.” Sonda X. Teyyublu bildirdi ki: ” KXCP Ceyhun Səfərovun həbsini pisləyir və bunu ölkədə demokratik seçki mühitinin olmadığının göstəricisi hesab edir.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?