Milli Məclisin payız sessiyasının ilk iclası oktyabr ayının 1-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova məlumat verib. Onun sözlərinə görə, Milli Məclis komitələrinin iclasları başlayıb: “Komitə iclasları davam edir, ümumi iclasın oktyabrın 1-də olacağı gözlənilir.İclasın gündəliyi hazır deyil”.
Q.Mansurova həmçinin əlavə edib ki, hazırda Milli Məclis jurnalistlərinin qeydiyyatı aparılır: “Hazırda jurnalistlərin qeydiyyatı aparılır. Hələlik neçə jurnalistin qeydiyyatdan keçməsi məlum deyil. Tamamlanmamış bəzi işlər var, həftənin sonuna kimi neçə jurnalistin qeydiyyatdan keçməsi bilinəcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?