GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Space"in aparıcısı prezidentə müraciət etdi

"Space"in aparıcısı prezidentə müraciət etdi

Tarix: 16-09-2013, 15:44 Bölmə :Ölkə Baxış: 1 432
"Space"in aparıcısı prezidentə müraciət etdi

Space telekanalının səhiyyə və məhkəmə orqanları tərəfindən hüququ pozulan teleaparıcısı Zamirəə Dadaşova prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

Aidiyyatı qurumlardan cavab gəlmədiyinə görə ümüdüm yalnız Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevədir. Mən əminəmki ədliyyə və səhiyyə nazirlikləri sussa da dövlətimizin başçısı bu baş verenlərə göz yummayacaq.

Cənab prezident, mən bir qadın və ana olaraq, başıma gələn, daha doğrusu gətirilən olayları sizə və cəmiyyətə xəbər verməklə neçə- neçə dünyaya gəlmədən öldürülən körpə və ana qırğının qarşısını almaq istəyir və bu qətilləri törədənlərin qarşısını almağa çağırıram. Bu insanlığa sığmayan olayın təfərrüatlarından danışmaq mənə ağır olsa da başıma gətirilənləri danışmaga məcburam. Mən 3- cü hamiləliyimlə əlaqədar 2011- ci il fevral ayının 17- də Yasamal rayonu 2 saylı qadın məsləhətxanasına müracıət etmişəm və qanuna uyğun olaraq hamiləliyimin 14- 15- ci həftəsində qeydiyyata götürülmüşəm. 5 gündən sonra yenidən bura müraciət etmişəm, səbbəbsə verdiyim analizlərin cavablarını həkimə (Sona Aslanovaya) göstərmək və sual yaranarsa məsləhət almaq istəmişəm. O isə hec bir problemin olmadigini bildirib. Qaydaya uyğun olaraq ayda bir dəfə deyil, hətta ayda iki dəfə həkim müayənəsindən keçmişəm.Beləliklə hadisə baş verən günə qədər, yəni üç ayda keçirdiyim narahatçılıqlara görə 2 saylı qadın məsləhətxanasına 6 dəfə müraciət etmişəm. Baş ağrıları, ürək bulanması,yüksək təzyiq, qasıq nahiyəmdə ağrıların olmasını desəm də bunu sahə həkimim hamilələliyin fizioloji amili hesab edib və heç bir patalogiyanın olmadığını bildirib. Beləcə mən bu ağrıları yaşaya- yaşaya hamilələyin 7- ci ayına gəlib çatdım. Mayın 31- də yenidən Sona xanıma müraciət edib, özümü heç yaxşı hiss etmədiyimi bildirdim. Məni yenidən USM- dən keçirdi və heç bir problemin olmadığını , qadınların hamiləliyi fərqli- fərqli kecirdiklərini, 7 aylıq hamiləlik üçün bu ağrıların təbii olduğunu ondan eşitdim. Baxmayaraq ki, rəngim saralmış, gözlərimin içində saralma hiss olunurdu, bədənimdə səpkilər var idi. Onu da əlavə edim ki, USM-in cavabı və digər qeydlər hamilə və zahi qadinlarin müşahidə vərəqəsinə tikilməyib. Martin 9- da qadin məsləhətxanasinda analiz versəm de, həmin tarixdə də qadin məsləhətxanasinda olmagımla bagli hec bir qeyd aparılmayib və mart ayinda 2 saylı qadın məsləhətxanasına müraciət etmədiyim bildirilir. Baxmayaraq ki, 9 mart tarixinə Yasamal rayonu 2 saylı qadın məsləhətxanasınin ştampı ilə analizin cavabı müşahidə vərəqəsində var. Mayın 31- də sahə həkimimə bele vəziyyətdə işə gedə bilməyəcəyimi bildirdim və mənə işə təqdim etmək ücün dekret kagızı verdi.

Onu da bildirim ki, bu barədə də hamilə və zahi qadinlarin müşahidə vərəqəsində hec bir qeyd aparılmayıb. İyun ayının 1-də mənim dəhşətli agrılarım başladı. Və mən Perinatal mərkəzə getməli oldum. Çünki orada 7 aylıq körpənin yaşaması ucun küveyz var. Və həmin gün məndən qan və sidik analizi aldılar, USM- ə saldılar. Respublika Perinatal mərkəzin epikrizində qeyd edilib ki, mən aprelin 1- də zəif doguş sancıları və skleralarimda sarılıqla mərkəzə daxil olmuşam.

Bundan başqa dölün bətndaxili inkişafının ləngiməsi və hipoksiya, feto-plasentar catışmazlıq, bədən temperaturunun 37,5, qarin boşlugunda sərbəst maye oldugu, mədəaltı vəzin başının 4,1 sm qədər böyüməsi, öd kisəsinin möhtəviyyatının nəzərəcarpacaq dərəcədə qatilaşdıgı bildirilir.

Diaqnoz ise “HELP” sindromu, preaklampsiya. Bu xəstəliyin fəsadları adətən 1- ci, 2- ci doguşlar agır olduqda və sonraki hamiləlik dövrünün 3- cü ayindan sonra özünü biruzə verir, ana və övladın sag qalma şansı isə bir faizdir. Onu da nəzərinizə çatdırım ki, Perinatal mərkəzdə doguşdan sonra ölümcül vəziyyətdə olmuşam və 8 gün reanimasiyada yatmışam, 9- cu gün isə həkimlərin konsiliumundan sonra Gömrük hospitalına köçürülmüşəm, müalicəmi bu hospitalda davam etdirmişəm. Bu günə kimi də bu klinikada vaxtaşırı müayinə olunuram və xüsusi dietaya əməl etməyə məcburam.

Qeydiyyata durduğum tarixdən mayin 31- dək Sona xanım tərəfindən müayinələr düzgün və lazımı qaydada aparılmış olsaydı və bunlara müvafiq olaraq düzgün müalicə təyin olunsaydı mənim sağlamlığıma ziyan dəyməzdi və övladımın ölümünün qarşısı alınardı.

Məhkəmə tibbi ekspertizasının rəyində də menim dediklərim öz təsdiqini tapıb. Mayın 31- də 2 saylı qadın məsləhətxanasında kecdiyim USM- in cavabını hamilə və zahi qadinlarin müşahidə vərəqəsinə tikmədiyinə, martın 19- da qadın məsləhətxanasına gedib analiz verdiyim halda hec bir qeydiyyat aparmadigina, özünün dediyinə görə 7aylıq hamilə qadının doguşu ücün hec bir şəraiti olmayan bir dogum evinə göndəriş vermədiyi halda verdiyini dediyinə və mənim skleralarımdakı sarılıgı görmədiyinə görə, ümumiyyətlə yuxarıda sadaladıqlarimı nəzərə alsaq niyə mənə və mənim dogulacaq körpəmə bu qədər etinasız yanaşdıgını anlamıram.

Dediyinə görə, mənə doguş təhlükəsi oldugunu bildirib, bu səbəbdən də Əfəndiyev adına dogum evinə göndəriş verdiyini yazıb. Lakin hamilə qadına vaxtindan evvel dogulacaq 7 aylıq körpəsinin yaşaması ücün hec bir şəraiti olmayan bir dogum evinə göndəriş verməsi düzgün deyildi.

Bununla da sahə həkimi Azərbaycan respublikasının səhiyyə nazirinin 5 aprel 2010 - cu il tarixli 19 nömrəli əmrinin (Hamilə, dogan qadın və zahılara ixtisaslaşmış yardımın təkmilləşdirilməsi barədə) tələblərini pozmuşdur. Baxmayaraq ki, mayın 31- də ümumiyyətlə vaxtından əvvəl doguşdan söhbət belə getməyib. Bunlar azmış kimi xəstəxanaya göndərış jurnalında da saxtakarlıga yol verilmişdir. Belə ki? mən məhkəmədən texniki ekspertiza kecirilməsini xahiş etdim.

Məhkəmə ekspertizasının rəyini oxuduqda isə bir daha haqlı olduğumu anladım, xəstəxanaya göndərış jurnalında da saxtalıga yol verdiklərinin şahidi oldum və qəti şəkildə Sona xanımın və bu işdə bilavasitə və ya dolayısı ilə əli olan hər bır kəsin cəzalandırılmasını istəyirəm. Onu da bildirim ki, bu jurnal 2 saylı qadın məsləhətxanasının baş həkimində olur. Baş həkimin Sona xanımla əlbir olub belə saxtakarlıga necə yol verdıyını anlaya bilmirəm.

Mən məhkəmənin ədalətli olacağına inanırdım. Təəssüf ki, inamımın əksinə olaraq Yasamal məhkəməsi haqqı yox haqsızı müdafiə etdi. Rəsmi qaydada məhkəmə texniki ekspertizası tərəfindən təsdiq olunan sənəd saxtakarlıgına, tibbi ekspertizanın düzgün müayinələr aparılmış olsaydı uşaq ölümü olmazdı ifadəsinə, Azərbaycan respublikasının səhiyyə nazirinin 5 aprel 2010 - cu il tarixli 19 nömrəli əmrinin tələblərinin pozulmasına, övladını itirən ananın bundan sonra ana ola bilməyəcək faktına və bütün bu hadisələrin mənim psixoloji durumuma təsirini nəzərə alsaq məhkəmənin bu baş verənlərə nəyə görə göz yumdugunu anlaya bilmirəm. Əlavə edim ki, iki ay bundan əvvəl məhkəmənin qərarı elan olunsa da bu günə qədər qərarın hazır olmadıgı mənə bildirilir. Obyektiv tam araşdırma aparmadan, dövlətin adından cıxarılmış qərarlar sizin təyin etdiyiniz hakimlər tərəfindən pozulmaqla qövlətə və dövlətciliyə xidmət edən Azərbaycan qadınına vurulan bir zərbə yox, həm də demokratik dövlətimizin imicinə vurulan bir zərbədir. Mən növbətı instansiyalarda ədaləti axtarmaqda davam edəcəm. Haqqımı sübut edənə qədər dayanmayacam. Demokratik bir ölkədə bu cür haqsızlıqlar edənlərin cəzasız qalmayacaqlarını bilirəm və sizi də bu haqsızlıqlarla tanış etməklə biganə qalmayacağınıza tam əminəm.Mən bir aparıcı olaraq 18 ildir ki,müxtəlif insanlarla, fərqli taleli olaylar yaşamışlarla təmasda olmuşam,. Özümdə həyatın mənə vurduğu böyük bir ailə faciəsi yaşamışam. Baş verən avtomobil qəzasında doğmalarımın 6-sını ( Anam, qardaşım, bacım və 3 bacım uşağı) itirmişəm. Bu acıları qədərim bilib dözmüşəm və həm də bərkimişəm. İnsanlığın hər an imtahan qarşısında durduğuna özümü inandırmışam. Amma yeni bir qeyri- insani, insanlığa sığmayanların hərəkətlərini hələ də analiz etməkdə çətinlik çəkirəm. Cünki yaşadıqlarım nəinki mənim dünyasını dəyişən övladıma, həm də anasız qala biləcək iki ogluma qarşı edilən cinaətdir.Və gəldiyim qənaət budur ki, insanlığa qarşı cinayət törədən belə ağ xalatlı cəlladlara dur deyilməsə onlar cox ömürləri yarıda qoyub, çox körpələri doğulmadan öldürəcək, bir cox uşaqları anasız qoyacaq və yeni acılar yaşatmaqda davam edəcəklər. Bu öldürülənlər həm də gələcəyimizə vurulan baltalardı.

Qəssabları dayandırın. Cənab prezident, Siz hər bir azərbaycanlının prezidenti olacağınızı dəfələrlə qeyd edir və əməllərinizdə göstərirsiz. Mən və dünyaya gəldikdən sonra bir gün yaşayan körpəm də Sizin haqqı pozulan vətəndaşınızıq, sizin ədalətinizə inanır, kömək umur və ümüdlə gözləyirəm.

Hörmət və sayğı ilə “SPACE” televiziyasının “Hər həftə” analitik informasiya proqramının aparıcısı Zamirə Dadaşova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Space”-in aparıcısı İlham Mirzəyev bıçaqlandı

    “Space”-in aparıcısı İlham Mirzəyev bıçaqlandı ...

    24-07-2013, 12:01

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

    Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən ...

    2-12-2013, 13:02

  • 
  • Məhkəmənin müdafiə etdiyi qadın məsləhətxanasının baş həkimi kimdir?

    Məhkəmənin müdafiə etdiyi qadın məsləhətxanasının ...

    4-09-2013, 16:36

  • 
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu