Bakıda üç gün öncə toyu olan gənc sevgili qurbanı oldu
34 yaşlı iki uşaq anası gənc sevgilisini ürəyindən bıçaqlayıb
Kriminal Ötən gün Bakının Binəqədi rayonu ərazisində, Şövkət Məmmədova küçəsində öldürülən 28 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs yaxalanıb. Binəqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1985-ci il təvəllüdlü Elçin Teyyub oğlu Allahverdiyev qadın tərəfindən bıçaqlanaraq öldürüb. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyevadır. İlkin dindirilmə zamanı qadın törətdiyi cinayəti etiraf edib. Qadın 28 yaşlı gənci qısqandığı üçün öldürdüyünü deyib.
ANS PRESS-in milli.az-a istinadla verdiyi məlumata görə, gənci qətlə yetirən şəxs onun keçmiş sevgilisi olub. Belə ki, E.Allahverdiyevin bazar günü - 15 sentyabrda toyu olub. Ailəli qadın olan iki uşaq anası M.Mürsəliyevanın Elçinlə sevgi münasibətləri olub. Onu evləndiyinə görə qısqanan Mədinə toydan sonra aralarında olan münasibəti Elçinin həyat yoldaşına zəng edərək deyib. Elçin isə əsəbləşərək Mədinə ilə dava edib. Bunun üstündə də Mədinə bıçaqla onu öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?