Sentyabrın 20-də Abşeron rayonu, Saray qəsəbəsində sakinlər etiraz aksiyası keçirib.
"Stenoqram.com"un məlumatına görə, Saray postu adlanan ərazidən Saray istiqamətinə gedən yolu bağlayan əhali ərazidə kanalizasiya sisteminin olmamasına etiraz edib.
Sakinlər bildiriblər ki, özləri boru da alıblar. Buna baxmayaraq, bələdiyyə kanalizasiya sistemi çəkmək istəmir və nəticədə bir neçə yerdə süni gölməçələr yaranır. Bu da hərəkətə maneə törədir.
Aksiya nəticəsində ərazidə təxac yaranıb. Hadisə yerinə polis əməkdaşları da çağırılıb.
Sorğu
Yeni dizaynımız necədir?