Bu gün Saray qəsəbəsində bir qrup sakin qəsəbədən Saray postuna çıxan yolu bağlayıb. Bir müddət bağlı qalan yolda polisin müdaxiləsindən sonra hərəkət bərpa olunub.
Abşeron Rayon Polis Şöbəsindən verilən xəbərə görə, əhalinin yolu bağlamasına səbəb yolun həmin hissəsinin asfaltlanmasından sonra oraya yük maşınlarının buraxılmaması olub.
Sakinlər deyiblər ki, asfaltın tökülməsi onların işinə mane olur. Buna görə də ya asfaltın yenidən dağıdılması, ya da yük maşınların həmin yolla hərəkətinə icazə verilməsi tələb edilib.
Yalnız polisin müdaxiləsindən sonra sakinləri ərazidən uzaqlaşdırmaq mümkün olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?