İranın Azərbaycandakı səfirliyi Təbrizdə vəfat etmiş azərbaycanlı Qorqud Dadaşzadənin cəsədinin xəstəxanadan verilməməsinə münasibət bildirib. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, körpənin xərcləri ilə bağlı 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hazırda yalnız 3200 manat borc qalıb: "Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?