Quba Xaçmaz rayonlarında bütün qəzet köşklərindən" Gündəm Xəbər" qəzeti “müsadirə” olunur
Qubavə Xaçmaz ryonlarından olan oxucularımız redaksiyamızla əlaqə yaradaraq Şimal bölgəsinin iki rayonundan Quba və Xaçmaz rayonlarında olan qəzet köşklərindən “Gündəm Xəbər” qəzetlərinin yığışdırılıdığını və bu qəzetin köşklərdə tapa bilmədiylərini bildirirlər. Quba və Xaçmaz rayonlarından olan oxucularmızın bildirdiyinə görə “Gündəm Xəbər” qəzetini almaq üçün artıq neçə vaxtdır ki, qonşu rayonlara Şabrana gedib oradan qəzeti alıb oxuyurlar. Eləcədə Bakıdakı qəzet köşklərindən bu qəzetlərin alınıb onlara gətirilməsi üçün Bakı- Quba marşurutu ilə işləyən taksi sürücülərindən xahiş edib bu qəzeti alırlar. Yerli sakinlərin bildirdiyinə görə son vaxtlar “Gündəm Xəbər” qəzeti Qubadakı problemləri eləcədə yerli məmurların korrupsiya əməllərini işıqlandırır və yerli sakinlərin maraqına səbəb olan və bu qəzet vasitəsi ilə rayon məmurları haqqında bilgiləri oxunduqdan sonra həmin mövzular rayon əhalisi arasında müzakirə mövzusu olur. Mənbəmiz bildirir ki, “Gündəm Xəbər” qəzetində gedən yazılar rayon rəhbərliyinin icalaslarında ciddi müzakirə olunur və rayondakı mənbənin aşkar olunması eləcədə “Gündəm Xəbər” qəzetinin rayonda satışının qarşısının alınması üçün rayon rəhbəri xüsusi göstəriş də verib. Mənbəmiz bildirir ki, bundan sonra rayondakı saynan olan köşklərə göstəriş vermək istəyiblər ki, bu qəzet ümumiyyətcə rayonda satılmasın. Sonradan isə bu fikirin yalnış olduğunu icra başçısının nəzərinə çatdırıblar və bildiriblər ki, əgər göstəriş verilsə bu məsələ ictimayiləşə bilər. Ona görədə ancaq köşklərədən “Gündəm Xəbər” qəzetinin hamsının pulunu verərək alınması məsləhət olunub və bundan sonra bu plan həyata keçirilir. Mənbəmiz bildirir ki, hazırda rayondakı oxucular bu qəzeti bu səbəbdən ala bilmir. Mənbənin bildirdiyinə görə qəzetlərin köçklərdən yağışdırılması isə rayonun bir idarə müdrinə həvalə olunub ki. bu idarə müdri bunu həyata keçirir. Bundan əlavə Şimal bölgəsinin Xaçmaz rayonunda da bu problem yaşanmaqdadır. Xaçmazdakı mənbə isə bildirir ki, bu rayonda qəzetlərin köşklərədn yığışdırılması göstərişini Xaçmazın polis rəisi Şəhriyar Şəmşirli göstəriş verib. Bildirək ki, Xaçmaz polis rəisinin rayondakı qanunsuz əməlləri barədə qəzetmizin səhifələrində tez-tez tənqidi yazılar dərc olunur. Mənbəmiz də bildirir ki, məhz bundan əsəbləşən rəis göstəriş verib ki, rayonda bütün qəzet köşklərindən “Gündəm Xəbər” qəzetləri yığışdırılsın. Məsələ ilə bağlı “Gündəm Xəbər” qəzeti həmin rayonlarda Quba və Xaçmazda qəzetmizin satışına yaradılmış mane ilə bağlı araşdırma aparmışıdr. bU məqsədlə əməkdaşlarmızdan biri həmçin rayonlara ezam olunmuşdur. Qubada 4 yerdə olan qəzet kğşklərində reyd etmiş əməkdaşmıza qəzet satışı ilə məşğul olan satıcılar bu faktı təsdiq etdilər.Satıcılar əməkdaşmızla söhbət zamanı bildirdirlər ki, “Gündəm Xəbər “qəzeti son vaxtlar Quba rayonundakı dövlət məmurları haqqında maraqlı faktlarla yazılar verir. Bunun nəzicəsidir ki, rayon rəhbərliyinin göstərişi ilə bu qəzet köşkə gələr gəlməz quba suvarma sistemləri idarəsinin işçiləri tərəfindən hamsı alınır və buna görədə qəzet almağa gələn sadə vətəndaşlara qəzet qalmır ki, sataq. Satıcıların sözlərinə görə onlar üçün əsas maraq qəzet satılmasıdır. Amma sadə vətəndaşlarda bu qəzeti alsalar yaxşı olardı. Şəhərin mərkəzində olan köşklərdəki satıcılar biıldirir ki, “Gündəm Xəbər” qəzeti hazırda rayonda ən çox satlan qəzetdir. Məsələ ilə bağlı rayondakı mətbuat yayım şöbəsinə də baş çəkən əməkdaşımzıa isə oradan adını bildirməyən işçisi bildirib ki, qəzetin köşklərdən kim tərəfindən alınması onlarçında maraqlı deyil. Onlar üçün də qəzetin satışı maraqlıdır və qəzetin pulu verilib alınır. Əməkdaşımızın axı qəzet icra başçısının göstərişi ilə bir idarə işçiləri tərəfindən pulu verilərək yağışdırılır sadə vətəndaşlar bu qəzeti ala bilmir sualına isə Mətbuat yayımın Quba şöbəsininn işçisinin cavbı isə belə olub “Nə olsun ki, yığışdırılır əsas odur ki, pulu verilərək yığışdırılır. Bu məsələ bizlik deyil gedin problemnizi rayon rəhbərliyi ilə həll edin” Quba rayonundan sonra əməkdaşımız Xaçmaz rayonunda da olub. Burada da eyni problem və eyni mənzərə müşahidə olunub. Maraqlanıb soruşanda məlum olub ki, “Gündəm Xəbər”qəzetində hazırda Xaçmaz rayonunda polis rəisi vəzifəsində işləyən Şəhriyar Şəmşirli haqdatez tez tənqidi yazılar dərc edildiyindən Xaçmaz rayonunda “Gündəm Xəbər” qəzetinin satışı qadağan olunub Qeyd edək ki,Ş.Şəmşirli əvvəllər Quba rayon polis şöbəsinin rəisi vəzifəsində işləyib. Ş.Şəmşirli eyni zamanda Nəqliyyat Naziri Z.Məmmədovun müavini C.Qurbanovun qadaşıdır havzırda rəisin adı bir çıx korrupsiya əməllərində hallanır. Buradakı satıcılar isə bildirib ki. onlardan qəzeti polis əməkdaşları yığırlar. Satıcılar bildirib ki, Xaçmazın rəisi haqqında “Gündəm Xəbər”qəzetində tənqidi yazılar çox gedir. “Rəis də bunu həzm edə bilmir və səbədən də qəzetin satışı Xaçmazda dayandırılıb. Bu qəzeti Xaçmazda heç kim ala bilməz. Bu qəzeti ancaq qonşu rayonlardan tapamaq olar”. Xaçmazdakı qəzet köşklərinin satıcılarından biri isə bizə təklif etdi ki, gedib Şabran rayonundan bu qəzeti ala bilərik
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?