“Bu ilin sentyabr ayında dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya 9 müraciət daxil olub”.
Bunu virtualaz.org saytına açıqlamasında Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov deyib.
O bildirib ki, zəhərlənmə əsasən ağrıkəsici, sakitlərşirici dərmanlardan baş verir: “Bu da zəhərlənmədən daha çox dərmanların yan və ya əlavə təsiridir. Azyaşlı uşaqlar isə vitaminlərdən zəhərlənirlər”.
A.Maqsudov ötən il dərman zəhərlənməsi ilə bağlı 120-ə yaxın müraciətin qeydə alındığını xatırladıb.
Dərmandan zəhərlənmənin baş vermə səbəbləri arasında preparatın saxlama şəraitinə riayət edilməməsi və istifadə müddəti tamamlanmış dərmanların qəbulu da var. Dərman zəhərlənməsi nəticəsində ölüm faktı isə intihar məqsədilə aşırı dozada dərman qəbuludur.
“Bu ay edaxil olan müraciətlər arasında ölüm faktı qeydə alınmayıb” - deyə A.Maqsudov bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?