Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev avtomobil qəzasına düşüb.
Musavat.com-un məlumatına görə, hadisə E.Vəliyev axşam xidməti maşını ilə işdən evə gedərkən baş verib. Qəzaya E.Vəliyevin sürücüsünün BMW markalı 20 AA 001 dövlət nömrə nişanlı xidməti maşını sürətlə idarə etməsi səbəb olub. İcra başçısının oturduğu avtomobil 4.5 m dərinliyində olan çalaya düşüb. Qəza nəticəsində BMW ciddi əzilib. Həm icra başçısı, həm də sürücü qəzadan sağ-salamat qurtulub və ciddi xəsarət almayıblar. Deyilənə görə, icra başçısı qəzaya görə bərk qəzəblənib və ehtiyatsız sürücüsünü hətta döyüb də.
Məlum olub ki, əslində qəzada sürücünün o qədər də günahı yoxdur. Çünki icra başçısının hərəkət etdiyi yolun sonunda dərin xəndək qazılıbmış. Hadisənin şahidləri bildiriblər ki, əgər avtomobil həmin xəndəyə sürətli düşsəymiş nəticə çox ağır olacaqmış. E.Vəliyev gecə ikən qazıntı işlərini aparan həmin idarənin rəhbərini də çağırtdırıb və onu ərazidə lazımi yol xəbərdarlığı işarələri qoyulmadığı üçün möhkəm danlayıb.
Sorğu
Yeni dizaynımız necədir?