GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Aydın Əliyevin adamı Astara gömrüyündə insanlara zülm edir

Aydın Əliyevin adamı Astara gömrüyündə insanlara zülm edir

Tarix: 11-04-2014, 10:27 Bölmə :İqtisadiyyat Baxış: 1 281
Aydın Əliyevin adamı Astara gömrüyündə insanlara zülm edir
“Arçın” kiçik müəssisəsinin İrandan gətirdiyi kafel 2 aydır Astara gömrüyündə saxlanır. Müəssisənin direktoru Yunus Orucov iddia edir ki, malın bütün sənədləri qaydasındadır. Lakin Astara Gömrük İdarəsi malı buraxmır: “Fevralın 1-dən qanuni müqavilə əsasında İran İslam Respublikasından öz firmamın adına keramika məhsulu olan yük gətirmişəm. Bu günkü günə kimi də Astara gömrüyü heç bir əsas olmadan malı buraxmır. Bu barədə fevralın 4-də Astara Gömrük İdarəsinin rəisinə müraciət etmişəm. Heç bir nəticəsi olmayıb”.

YUXARILARA ŞİKAYƏTLƏR…

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar. Sahibkarın dediyinə görə, əlacsızlıqdan yuxarı orqanlara üz tutmalı olub. O, dəfələrlə gömrük komitəsinə və digər cavabdeh təşkilatlara müraciət etdiyini söyləyir: “Respublika Gömrük Komitəsinə, onun internet saytına, şəxsən Aydın Əliyeva dəfələrlə müraciət etmişəm. Onların Qaynar xətti olan 192 ilə hər gün danışıram. Həmçinin Respublikanın baş prokuroruna dəfələrlə müraciət eləmişəm”.
Sahibkarın fikrincə, monopoliyaya şərait yaratmaq elə korrupsiyaya şərait yaratmaq deməkdir. O hesab edir ki, ölkədə yaradılmış korrupsiya idarəsi də belə hallara qarşı mübarizə aparmalıdır:

“İKİ AYDAN ÇOXDUR MAL ORDA QALIB”

“Mən yuxarıda Allah, aşağıda prezidentə inanıram. O, dəfələrlə korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizədən danışıb. Mən də inanıram ki, bu adam bununla mübarizə aparır. Çünki, biz zəhmətlə böyümüşük. Bizim böyüklərimiz bizi belə tərbiyə edib. Ancaq indiyə kimi heç bir nəticəsi olmayıb. İki aydan çoxdur mal orda qalıb”. Sahibkarın sözlərinə görə, kafelin gömrükdə saxlanması nəticəsində hər gün ona 50 manatdan çox ziyan dəyir. Sürücü ilə bağladığı müqaviləyə görə, ona pul ödəyir. Yunus Orucov hesab edir ki, bu məbləğ kiçik sahibkarlığı məhv etməyə kifayət edir:
“HƏR GÜN 50 MANAT CƏRİMƏ ÖDƏMƏLİ OLURAM”
“Uzun yazışmalardan sonra Astara Gömrük İdarəsindən mənə bir məktub gəlib ki, guya “invoice”un əsli olmadığına görə gömrük rəsmiləşdirilməsi mümkün olmayıb. Sonradan təzədən “invoice”un əslini onlara göndərmişəm. Bu günə kimi nəticəsi olmayıb. Sürücü ilə bağladığım müqaviləyə əsasən, hər gün 50 manat cərimə ödəməli oluram. Dəfələrlə müraciət etmişəm, heç bir nəticəsi olmayıb”.

SAHİBKAR MƏHKƏMƏYƏ ÜZ TUTUB...

Yunus Orucov deyir ki, əvvəllər də Astara gömrüyündə belə qanunsuzluqlar olub. Lakin uzun yazışmadan sonra məsələ həllini tapıb. Lakin bu dəfə malı buraxmaq istəmirlər. Sahibkar Astara gömrüyünü Şirvan İqtisad Məhkəməsinə verdiyini deyir. Onun sözlərinə görə, birinci məhkəmə baxışında Astara gömrüyündən nümayəndə iştirak etməyib. Növbəti məhkəmə baxışı gözlənilir.
Bu deyilənlərə münasibət öyrənmək üçün Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən suallarımızı dinləsələr də cavab vermək istəmədilər. Astara Gömrük İdarəsinin yük şöbəsinin rəisi Aydın Babayevlə də danışmaq istəyimiz alınmadı.

GÖMRÜKDƏN CAVAB

Astara Gömrük İdarəsinin rəis müavini Abbas İsmayılovdan sahibkar Yunus Orucovun ünvanına gələn məktubda isə oxuyuruq: “Sizin Dövlət Gömrük Komitəsinə ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə “invoice”un əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır”.
Halbuki, sahibkar deyilən sənədin əslini idarəyə 1 aydır göndərdiyini bildirir.
Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, “invoice” malın qiymətini dəyərləndirən sənəddir. Bu sənəd səhvdirsə və ya yoxdursa gömrük idarəsi malı özü dəyərləndirə bilər. Elman Hüseynovun sözlərinə görə, Astara gömrüyü ilə bağlı belə şikayətlər tez-tez eşidilir. O, bu barədə ötən ilin avqustunda Astara rayonunda vətəndaşların qəbulunu keçirən Gömrük Komitəsinin sədri Aydın Əliyevə də şikayət etdiyini deyir:

“AZAD SAHİBKARLIQ BELƏ OLMUR”

“Mənim özümə qarşı qanun pozuntusu olub. Bununla əlaqədar ona sənədlər təqdim elədim. Ondan sonra komitə sədri söz verdi ki, mənim ərizəmə bir daha baxılacaq. Ondan sonra 20 dəfə ona müraciət eləmişəm. Heç cavab da vermirlər. Bunlar elə bilir ki, ayrı zümrədirlər. Amma bizdə hüquqi dövlətdir, hamı bərabərdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Özbaşınalıqdır. Bunlar müəyyən adamlara hüquq verirlər. Həmin adamların üstünə göndərirlər ki, gedin onlarla razılaşın. Axı azad sahibkarlıq belə olmur”.
İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, korrupsiyaya qarşı mübarizə gömrükdən başlamalıdır:
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gömrükdən başlamaq əvəzinə taksi sürücülərindən başladılar”.

SÜNİ QİYMƏT ARTIMI NECƏ YARANIR?

İqtisadçının dediyinə görə, İrandan kvadratı 2-3 manata gələn kafel, gömrükdən keçəndən sonra 11-12 manata qalxır. Halbuki, gömrük rüsumları ilə birlikdə kafelin bir kvadratı 5 manatdan çox olmamalıdır. Onun dediyinə görə, bütün idxal məsullarında süni qiymət artımı belə yaranır.
Ötən il “Xəzər” MMC-yə məxsus kafel dolu 6 yük maşını da Astara gömrüyündə 4 aya yaxın saxlanmışdı. Sahibkar məhkəmə çəkişməsindən sonra öz hüquqlarını qismən təmin edə bildi. Hərçənd sahibkara külli miqdarda ziyan dəydi. Elman Hüseynov da belə problemlərlə üzləşən sahibkarlara məhkəmələrə müraciət etməyi məsləhət görür.
ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astara gömrüyündə korrupsiya

    Astara gömrüyündə korrupsiya ...

    23-12-2012, 10:45

  • 
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26

  • 
  • Astara gömrüyünə kartofa əlavə «haqq»

    Astara gömrüyünə kartofa əlavə «haqq» ...

    23-12-2013, 03:56

  • 
  • Gömrük rəisi Aydın Əliyevi də saymır

    Gömrük rəisi Aydın Əliyevi də saymır ...

    25-03-2014, 22:22

  • 
  • Aydın Əliyev vətəndaşları qəbul edəcək

    Aydın Əliyev vətəndaşları qəbul edəcək ...

    30-12-2015, 18:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu