Həkimlərdən 60 min manat istənilir gundemxeber.az Saatlı rayonunda bu ilin yayında açılışı dövlət başçısı tərəfindən edilmiş Mərkəzi Xəstəxananın fəaliyyət göstərməsi düyünə düşüb. Düyünə düşməsinə səbəb isə Səhiyyə Nazirliyinin baş həkimdən etdiyi tələbdir. Rayondan verilən məlumata görə, hal hazırda əsaslı təmir olunmuş Mərkəzi Xəstəxananın köçürülməsinə icazə verilmir. Belə ki, bu işə də Səhiyyə Nazirliyi mane olur. Mənbənin iddiasına görə, nazirlik baş həkim Ələkbər Məmmədovdan 60 min manat pul istəyir. Həmin pulu verəcəyi təqdirdə isə xəstəxananın köçürülməsi və yeni xəstəxanının fəaliyyətini bərpa etməsi mümkünləşəcək. Məndə qeyd edir ki, hal hazırda Saatlı Mərkəzi Xəstəxanasının baş həkimi Ələkbər Məmmədov da bu pulu düzəldə bilmədiyindən işçilərinə göstəriş verib ki, ona yardımçı olsunlar. Belə ki, rayonda həkimlərdən, tibb sahəsində işləyən bütün işçilərdən 60, 100 və daha artıq məbləğdə pullar yığılır. Məsələ ilə bağlı yazıda adları keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?