Məhkum olunanların gələcəkdə təkrar cinayət törədib-törətməyəcəyinə heç kim zəmanət vermir
Həyat tərzi Taksi sürücülərinə qənim kəsilən Emil Əhmədov bir dəfə məhkumluq həyatı yaşayıb. Törətdiyi cinayətlərdən əldə etdiyi qazancı isə narkotik vasitələrə xərcləyirmiş. Onun narkotikə marağının hardan yarandığını bilinmir. Amma hər bir cinayətkar həbsxanaya düşdükdə islah olunaraq cəmiyyətə qayıtmalıdır. Yəni həbsxana tək cəzaçəkmə müəssisəsi deyil, həm də cinayətkarları tərbiyənləndirməlidir. Təəssüflər olsun ki, bu günkü statistika bunun tam əksini göstərir. Törədilən cinayətlərin iştirakçısı olanların əksəriyyəti məhkumluq həyatı yaşamış insanlardır. Törətdiyi cinayətin formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq həmin şəxslər cinayətkar hesab olunurlar. Bu da onların gələcəkdə həyat və fəaliyyətində müəyyən çətinliklər yaradır.
“Oranın abu havası onu tərbiyə etmir. Çıxandan sonrada qarşılarında böyük sosial-iqtasadi problemlər durur. Birinci növbədə qeydiyyatla bağlı... İşə götürmürlər, ailə daxili problemlər... Həmin insanlarda bir az iradə də zəif olur. Kimi dözür, bir az gec cinayət törədir, kimi dözmür, təkrar qayıdır kalona”,- deyə keçmiş polis rəisi Mahmud Hacıyev bildirir.
Hər bir insan cinayət törədərkən psixoloji travma alır. Üstəgəl, onun düşdüyü həbsxana mühiti insan psixologiyasında köklü dəyişiklər yaradır. Mütəxəssislərin fikrincə, həbsxana deyəndə yalnız cəzaçəkmə müəssisə kimi başa düşülməməlidir. Əksinə, orda məhkumlarla reablitasiya kursları keçirilməlidir ki, həmin insanlar azadlığa çıxdıqdan sonra potensial cinayətkara çevrilməsinlər. Bu səbəbdən də onlar cəmiyyətə qayıtdıqdan sonra adaptasiya ola bilmirlər.
“Baxanda görərik ki, onlar konflikt yaşayırlar. Ailələri ilə, iş yoldaşları ilə... Cəmiyyətə uyğunlaşa bilmirlər”,- deyə psixoloq Elnur Rüstəmov bildirir.
Statistik məlumatlara görə, törədilən cinayətlərin arasında oğurluq və narkotik vasitələrin istifadəsi və satışı üstünlük təşkil edir. Bu səbəbdən məhkum olunanların gələcəkdə təkrar cinayət törədib və ya törətməyəcəyinə heç kim zəmanət verə bilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?