İçərisində narkotik maddə yerləşdirilmiş mürəbbənin Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan şəxs Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş, ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Qedyedək ki, 1991-ci il təvəllüdlü, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanında yaşamış Nurlan Sadıxzadə Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə); 317-2 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma; Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına, habelə məhkuma həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) və 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?