GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məktəblərə avtomat paylanacaq

Məktəblərə avtomat paylanacaq

Tarix: 18-12-2012, 13:02 Bölmə :Ölkə Baxış: 793
Məktəblərə avtomat paylanacaq

İbtidai hərbi hazırlığa rəhbərlik rayon (şəhər) təhsil şöbələrinə və Səfərbərlik Xidmətinin yerli idarə, şöbə və bölmələrinə həvalə olunacaq

gundemxeber.az Nazirlər Kabineti 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişikliklər edib. İndiyə qədər gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, “Təhsil haqqında”, “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilib.
Dəyişikliyə əsasən “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanun bu siyahıdan çıxarılıb və bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla əvəzlənib. Müdafiə Nazirliyi isə gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətini itirib. Bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerinə yetirəcək. Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənəcək və tədris müəssisələri arasında yayacaq. Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi ilə birlikdə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edəcək, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi, “Azərkinovideo” İstehsalat Birliyi ilə birlikdə təhsil müəssisələri üçün ibtidai hərbi hazırlığa aid tədris filmlərinin çəkilməsini və yayılmasını təmin edirlər. Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil edəcəklər. Respublikanın rayon və şəhərlərində ibtidai hərbi hazırlığa rəhbərlik rayon (şəhər) təhsil şöbələrinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə həvalə olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə birlikdə ibtidai hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil edir, atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla onları təchiz edir. İHH üzrə metodistlə, təhsil müəssisələrini isə hərbi rəhbərlərlə təmin edəcək. Təhsil müəssisəsinin direktoru dərs ilinin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ibtidai hərbi hazırlıq yekunu haqqında yazılı hesabat verəcək. Hərbi rəhbər hərbi hissələri, xüsusi təyinatlı ali təhsil müəssisələri, rayon (şəhər) gənclər və idman idarələri, mülki müdafiə qərargahları, KHVTİC şuraları və başqa ictimai təşkilatlar ilə sıx əlaqə saxlayır, onların köməyindən istifadə edəcək.
Şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri hərbi hissələrin komandirləri və xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri ilə yerini və vaxtını razılaşdıraraq təşkil edəcəklər. Hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Tibbi-sanitariya müəllimləri rayon (şəhər) təhsil, səhiyyə şöbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hazırlıqlı tibb işçiləri və mülki müdafiədə“ Tibbi biliklərin əsasları” kursunu bitirmiş müəllimlərdən təyin olunacaqlar.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə tədris prosesinin təşkilini və İHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər. İstiqamətverici toplanış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istiqamətverici toplanışın səmərəli keçməsi üçün hərbi rəhbərləri silahla, hərbi texnika ilə təmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təhsil Nazirliyi ilə birlikdə təsdiq etdiyi proqram üzrə hər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərlə beş günlük tədris-metodiki toplanış keçirir. Toplanışda dərs ilinə yekun vurulur, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl iş təcrübələri öyrənilir və praktik dərslər keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edəcəklər. Rayon (şəhər) təhsil şöbəsi, təhsil müəssisələri, yerli səhiyyə şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tibbi hazırlıq keçən müəllim və tibb işçiləri üçün dərs ilinin başlanğıcında və qış tətili günlərində metodiki məşğələlər təşkil edir və keçirir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazlarla tabel üzrə təmin edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə, milli təhlükəsizlik və daxili işlər orqanları sistemində, keçmiş sovet ordusunda xidmət etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) xidmət illəri pedaqoji stajlarına daxildir.

Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər

    Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla ...

    27-11-2013, 20:06

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25

  • 
  • Səfər Əbiyevə sarsıdıcı zərbə

    Səfər Əbiyevə sarsıdıcı zərbə ...

    13-12-2012, 17:01

  • 
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01

  • 
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu