GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizovdan şəhidlərə sayğısızlıq

Eldar Əzizovdan şəhidlərə sayğısızlıq

Tarix: 8-10-2013, 21:21 Bölmə :Ölkə Baxış: 984
Eldar Əzizovdan şəhidlərə sayğısızlıq

Sumqayıt Şəhidlər Xiyabanı xarabalığa çevrilib; Obyektlər üçün satmağa ərazi axtaran şəhər rəhbərliyi müqəddəs ziyarətgahı yaddan çıxarıb

Vətən uğrunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Şəhidlər xiyabani bu ilahi zirvəyə yüksəlmiş insanların əbədi məkanıdır. Sumqayıt şəhərinin də özünün qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanı var. Qeyd edək ki, Sumqayıtdakı Şəhidlər xiyabani 1988-ci ildə yaradılmışdır. Xiyabanda yerləşən 20 Yanvar abidəsi 1990-cı ildə, Ulduzlar abidəsi isə 1992-ci ildə qoyulmuşdur. Bəs görəsən, bu məkan bizim müstəqilliyimiz, azadlığımız uğrunda canını qurban vermiş insanlar üçün ən azından onların adına layiq bir şəkildə qorunurmu..? Elə bu düşüncə ilə də Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etmək qərarına gəldik.
Gördüklərimiz heç də ürəkaçan olmadı. Xiyabana payızın şəhərimizə yenicə qədəm qoyduğu bir vaxtda getmişdik. Elə buna görə də yağışın burada yaratdığı görüntü doğrusu acınacaqlı idi. Şəhidlər xiyabanının baxımsız lövhəsi və axşamdan yağan yağışın əmələ gətirdiyi xoşagəlməz mənzərə fonunda iki baxımsız bulaq dediklərimizə bir sübüt ola bilər. Bu hələ xiyabana daxil olmadan rastlaşdığımız mənzərə idi. Girişdə qoyulmuş bu bulaqların isə heç birindən su gəlmirdi. Aidiyətti qurumların buraya diqqətsizliyi sayəsində ilk baxışdan onların bulaq olub olmaması da adamda şübhə oyadırdı. Lakin kranların birində olan pas izləri onun əvvəl bulaq olduğunu deməyə əsas verirdi. Ümumiyyətlə, ətrafdakı insanlardan maraqlanandan sonra bəlli oldu ki, xiyabanın giriş hissəsindəki bulaq bir neçə ildir ki, "bulaq statusu”nu itirib...
Ulduzlar abidəsinin qarşısında olan məşəl isə neçə müddətdir ki, yanmır. Hələ abidənin böyür-başına yazılan sayt, çat adlarını demirik. Elə bu yazılardan da bir daha məlum olur ki, bura baxımsızlıqdan ciddi şəkildə əziyyət çəkir. Xiyabanın giriş hissəsində zibil üçün 2 ədəd qab qoyulsa da, yerdə asanlıqla zibillərə rast gəlmək mümkün idi. Görünür, ərazinin təmizliyinə cavabdeh qurumlar da buranı tamamən unudublar... Bundan əlavə, xiyaban boyunca ağaclar arasına yerləşdirilmiş və uzaqdan heç də xoş təsir bağışlamayan plastik su butulkalarını da görmək olar. Bu su qablarının məzarların yanında və ya ağacların arasında niyə bu formada qalmasının isə, bizcə, məntiqi izahı ola bilməz. Qəbir daşlarının üst hissəsi yağışın burada yaratdığı palçıq, toz-torpaq ilə səliqəsiz hala düşmüşdü. Xiyabanın içərisində süni olaraq çəkilən su şlanqı isə buraya estetik cəhətdən xoşagəlməz görüntü verməklə yanaşı, əlavə su sərfiyyatına da yol açmış olurdu.
Bütün bunlar bir tərəfə, ən qəribə və xoşagəlməz məqamlardan biri də budur ki, Sumqayıtın Şəhidlər xiyabanında bayraq yoxdur. Aydındır ki, belə bir müqəddəs, qürur mənbəyimiz olan məkanda mütləq üçrəngli bayrağımız dalğalanmalıdır, lakin... Yeri gəlmişkən, gözəldir ki, Sumqayıt şəhərində Bayraq meydanı salınıb, meydanda 75 metr hündürlüyündə dirək quraşdırılıb və orada Azərbaycan bayrağı dalğalanır. Amma nədənsə Sumqayıt Şəhidlər xiyabanında heç 5 metr hündürlükdə də bayraq yoxdur. Niyəsə unudulub...
Şəhidlər xiyabanındakı vəziyyət dəfələrlə mediada işıqlanıdırlıb. Hətta 2 il bundan öncə şəhərin bir qrup gənci tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə də müraciət edilib (Aşağıda sözügedən müraciət sorğusunun sürəti verilib). Problemlərin aradan qaldırılacağı ilə bağlı vədlər verilsə də, vəziyyət əvvəlki kimi qalır.
Bax belə, bu sadaladıqlarımız Sumqayıtdakı Şəhidlər xiyabanının problemlərinin hələ yarı faizindən də azdır. Ümidvarıq ki, problem tezliklə həllini tapacaq və daha sumqayıtlılar, həmçinin, şəhərimizə gələn qonaqlar bu biabırçılığın şahidi olmayacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların da mövqeyini işıqlandırmağa hazırıq.

Ləyaqət Malikqızı

P.S. İnanırıq ki, "...budurmu Sumqayıtda Milli qəhrəmanlarımıza, şəhidlərimizə, verdiyimiz qiymət?!” gileyini tezliklə unudacağıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhidlər Xiyabanı satıldı: camaat ayağa qalxdı

    Şəhidlər Xiyabanı satıldı: camaat ayağa qalxdı ...

    1-08-2014, 01:59

  • 
  • Qazaxın "Şəhidlər Xiyabanı"ndakı məzarlar çöküb

    Qazaxın "Şəhidlər Xiyabanı"ndakı ...

    28-03-2014, 09:09

  • 
  • Şamaxıda şəhid ailələrinin adından sui-istifadə edənlər özlərini yandırdılar.

    Şamaxıda şəhid ailələrinin adından sui-istifadə ...

    7-02-2014, 13:12

  • 
  • Yanvarın 20-də bağlanacaq yollar - SİYAHI

    Yanvarın 20-də bağlanacaq yollar - SİYAHI ...

    18-01-2016, 11:37

  • 
  • Qazaxda şəhid ruhuna sayğısızlıq

    Qazaxda şəhid ruhuna sayğısızlıq ...

    13-12-2012, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu