“Gündəm-xəbər”ə ünvanlanan şikayət məktubunda rektorun təhsil haqqında əsasnaməni pozduğu iddia olunur
Redaksiyamızın elektron poçtuna Mətbuat prospekti 2A, mənzil 13-də yaşayan Roza Əliqulu qızı Quliyeva tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunda Milli Konservatoriya tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının bugünkü vəziyyətinə laqeyd münasibətdən söhbət açılır: “Xalqımızın istedadlı övladlarının adları yazılan “QIZIL KİTAB”-ın ilk nümayəndəsi məhz mütəxəsislərin təşəbbüsü ilə həmin məktəbin şagirdi olmuşdur. Həmin gimnaziyanın indiki rəhbəri öz dəstəsi ilə (azərbaycan bölməsi üzrə müavin, Kərimova Kəmalə, İmanova Zümrüd və s.) birlikdə dövlətimizin Xalqımızın gələcəyi naminə yaratmış olduğu bu məktəbin yüksək səviyyəsini “öz fəaliyyətləri” sayəsində məhv etmişlər. Buna sübut olaraq, 2010-cu ilin iyul-avqust aylarında Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində aşkarlanmış maliyyə pozuntusu nəticəsində mənimsənilmiş məbləğ 24.07.09 AZN və cəza kimi ödənmiş 401 AZN və rəsmi şəkildə töhmət almış məktəbin 7 ilə yaxın icraçı direktoru işləyən, 68 yaşlı Mahizər Rəsul qızı Şabanbəyova həmin yoxlama və töhmətdən heç bir nəticə çıxarmamışdır. Əksinə, həmin ilin sentyabr ayında müəllimlərdən pul yığaraq demişdir ki, “Mən öz brilliantlarımı lombarda qoyub əvəzində pul götürərərk komissiya üzvlərinə rüşvət vermişəm. Ondan sonra o “öz gücünü” müəllimlərə “sübut” edərək, “hakimiyyətini” daha da gücləndirdi. Özünü elə aparırdı ki, elə bil bu məktəb onun şəxsi əmlakı və gəlir mənbəyidir. Hazırki dövrdə Dövlətimizin inkişafı ilə bərabər, incəsənət və mədəniyyətimizin də inkişafı naminə ayrılan maliyyə vəsaitindən bu məktəbin payına da düşür. O cümlədən cari təmir üçün, istedadlı uşaqların yaxşı təhsil alması və s.ayrılmış maliyyə vəsaitini misal göstərmək olar”. Daha sonra Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin Təhsil haqqında əsasnaməni pozması qeyd olunur: ”S.Kərimli qanunsuz olaraq M.Şabanbəyovanı məktəbin rəhbərliyinə təyin edib. Bu məktəb xüsusi və Respublikada yeganə məktəb olduğu üçün başqa məktəblərdən fərqlidir. Ona görə də xüsusi yoxlama aparılmalıdır və ayrılan maliyyə vəsaitinin haraya, necə və nə məqsədlə istifadə edildiyi aydınlaşdırılmalıdır.Yalnız xüsusi istedadlı uşaqların yetişdirilməsi məqsədi ilə verilməli olan perspektiv saatlar, yəni istedadlı uşaqlara həftədə iki saat yox, dörd saat keçirilən ixtisas dəsrləri bu məktəbdə hətta “4” alan uşaqlara da müəyyən məqsədlə kağız üzərində verilir. Təkcə perspektiv saatların dəqiqliyini (keçirilib-keçirilmədiyini) və həmin perspektiv saatlar verilən uşaqların səviyyəsini, hansı xarici və Respublika səviyyəli tədbirlərdə iştirak etmədiklərini yoxlamaqla bu məktəbdə nə qədər böyük maliyyə pozuntuları baş verdiyi haqda təsəvvür yaranar. Bu məktəbdə 11-ci sinfi bitirən uşaqlara orta təhsil atestatı ilə bərabər musiqi kolleci səviyyəsində olan şəhadətnamə də verilir. Xahiş edirəm çox yox, elə bu il musiqi üzrə şəhadətnamələr verilən uşaqların musiqi təhsil səviyyəsi ilə onu təsdiq edən şəhadətnamə arasındakı “uyğunluq” yoxlansın. Eyni vəziyyət məktəbin incəsənətə aid bütün bölmələrinə də aiddir.Tək-tük faktlar, yaxşı mənada ola bilər. Məncə bu həcmdə müəllim və şagird sayına malik olan məktəbin nəticəsi cüzi göstərici olmamalıdır. Şagirdlərə ayrılan perspektiv saatlar sayəsində bir müəllim həftə ərzində dörd uşaqla yox iki uşaqla (misal təxminidir) məşqul olur, saatlar isə demək olar ki, heç keçirilmir. Həmin ayrılmış perspektiv saatların əvəzinə müəllimlər başqa uşaqlarla əlavə məşqul olub, əvəzində pul alırlar. Sözsüz ki, həmin puldan məktəbin rəhbərliyi də yararlanır, eyni zamanda vergidən yayınmaqla daha bir qanun pozuntusu baş verir. Bütün müəllimlərdən onlara yaxınlıq statusundan asılı olaraq orta hesabla 3-5 azn məbləğində “fondpulu” məcburi şəkildə yığılır. Hətta dərs ilinin sonunda 4 ayın (iyun, iyul, avqust və sentyabr) məbləği birdən yığılır. Sübut üçün bir neçə siyahının surətini də sizə təqdim edirəm. Əgər adi riyazi hesablama aparılsa, yığılan məbləğ müəllimlərin sayına vurulsa, orta hesabla ildə 25-30 min AZN təşkil edir. Bu onların yığdığı pulların cüzi hissəsidir. Hər il məktəbə dövlət tərəfindən cari təmir üçün vəsait ayrılmasına baxmayaraq, məktəbin xarici görünüşü göz qabağındadır. Görünən hissələrin çoxu və sinif otaqları valideynlər tərəfindən təmir edilir. Görünməyən hissələri isə gizlətmək mümkün deyil. Bu ili deyə bilmərəm (çünki mənim şikayətim haqqında məlumat almışdılar), ancaq əvvəlki illərdə bütün sinif otaqlarının hamısı (hətta plastik pəncərələr də) valideynlər tərəfindən aparılırdı. Mən özüm də proseslərdə iştirak etmək məcburiyyətində qalmışdım. Ancaq araşdırılsa məlum olar ki, hər il sinif otaqlarının təmiri üçün ayrılmış məbləğ guya təmirə xərclənibmiş kimi sənədləşdirilərək mənimsənilib.Təkcə musiqi bölməsində təxminən 450 şagird və onlarla təxminən 170-180 müəllim məşqul olur. Deməli, təxminən 2.5-3 şagirdə 1 müəllim düşür. Həmin müəllimlər də dövlətdən maaş alır, ancaq yoxlansa məlum olar ki, nəticə heç də ayrılan maliyyə vəsaitinə və yaradılmış şəraitə uyğun deyil. Araşdırılsa, məlum olar ki, tərtib edilmiş dərs cədvəli ilə musiqi siniflərinin sayı arasında uyğunluq yoxdur, çünki musiqi siniflərinin sayı azdır, buradan da məlum olur ki, dərs saatlarının miqdarı saxtalaşdırılıb.Qəribə görünən məsələ budur ki, 4 ildən çoxdur İCRAÇI direktor vəzifəsində saxlanılan, 68 yaşlı, deyilənə görə ali təhsili və ümumiyyətlə incəsənət sahəsi ilə əlaqəsi olmayan, istedada yox, şəxsi marağa üstünlük verən, külli miqdarda maliyyə pozuntusu etdiyini təsdiq edən sübutlar olduğu halda, hansı “dəyərlərinə” görə “məcburi” (özü belə deyir) bu vəzifədə saxlanılır? Konservatoriyanın nəzdində olan qanun pozuntularının siyahısını təqdim edirik.2007-ci ildə S.Kərimi tərəfindən təyin edilmiş, Azərbaycan Milli Konservatoriyasının tərkibində olan İncəsənət Gimnaziyasının direktor səlahiyyətlərini icra edən, 68 yaşlı Şabanbəyova Mahizər Rəsul qızının təyin etdiyi icraçı müavinləri – Tahirova Sevinc, Aqui Zəhra, Kərimova Kəmalə, İmanova Zümrüd və başqaları bütün müəllimlərindən (hərə öz sahəsinə aid müəllimlərdən) tərəfindən hər ay külli miqdarda “FONDPULU” adı ilə pul yığılır.2010-cu ilin iyul-avqust aylarında Maliyyə Nazirliyinin təftiş komissiyası tərəfindən aparılmış yoxlama zamanı aşkarlanmış maliyyə pozuntusunu təsdiq edən məbləğin Kapital Banka ödəniş qəbzlərinin surəti. (bu cinayət deyilmi? Kim zəmanət verə bilər ki,yoxlamadan sonra bu hal təkrarlanmayıb?) Böyük müəllim kollektivinin çalışdığı məktəbdə icraçı müavinlərin (azərbaycan bölməsi üzrə müavin, Tağıyeva Sevinc, musiqi bölməsi üzrə müavin, Aqui Zəhra, inzibati məsələlər üzrə müavin, Kərimova Kəmalə, İmanova Zümrüd və s.) “rəhbərliyi” nəticəsində qeyri qanuni iş buraxmalar baş verir ki, bunun sübutu əvəzetmə kitablarında və jurnallarda heç bir qeydiyyat aparılmır. (xəstəlik vərəqləri təqdim olunmur.) Əvəz olunmalı dərslər keçirilmədiyi üçün şagirdlər həmin dərslərdən buraxılır. Dərslərin keçirilməməsinə baxmayaraq, həmin dəsrlər keçirilmiş kimi qeydiyyata salınır və əmək haqqı hesablanaraq mənimsənilir. Şagirdlərin dərsə davamiyyəti çox zəifdir. Buna səbəb icraçı müavinlərlə valideynlərin razılığa gələrək, uşaqların dərsə yox, hazırlığa getməsidir. (sübut olaraq, buraxılmış dəsrlərin müqabilində təqdim edilən arayışların çox az olmasıdır.) Təftiş komissiyasına (2010-cu ilin iyul-avqust aylarındakı) Aqui Zəhra, Kərimova Kəmalə tərəfindən təqdim edilmiş dərs cədvəlləri, sinif jurnallarında göstərilən eyni günlərində, eyni saatlarında və eyni otaqlarda bir neçə müəllimlərin dərs saatlarının üst-üstə düşməsidir. Bu vəziyyət neçə illərdir ki, davam edir. Bu isə külli miqdarda maliyyə pozuntusu deməkdir. (Sinif otaqlarının sayı az, şagirdlərin, müəllimlərin və şişirdilmiş (PERSPEKTİV) saatların sayının çox olması səbəbindən saxtakarlıq nəticəsində kifayət qədər maliyyə mənimsənilir.Bir neçə il bundan əvvəl Təhsil Nazirliyi tərəfindən ixtisas fənlərindən imtahanların ləğv edilməsi haqqında (IX-XI siniflərdən başqa) əmr verilməsinə baxmayaraq, bu məktəbin müsiqi şöbəsində keçirilən dinləyişləri Aqui Zəhra və onun ictimai əsaslarla təyin edilmiş (işi icra edən, lakin heç bir məsuliyyət daşımayan) müavinləri-şöbə müdirləri – Əliyeva Lalə, Bünyatova Günay – təşkil edərək, hətta kafi qiymətlər alan şagirdlərə də PERSPEKTİV saatlar verilir. Bu fərdi saatlar üçün dövlət tərəfindən ödənilən külli miqdarda maliyyə vəsaiti mənimsənilir.İcraçı direktor müavini Zümrüd İmanova tərəfindən təqdim edilmiş siyahı əsasında yeməkxanada nahar edən uşaqların sayı ilə gündəlik ayrılan vəsait arasındakı uyğunluq yoxlanılsa, yeməkxanadakı vəziyyət də aydın olar.M.Şabanbəyovanın rəhbərliyi dövründə ictimai əsaslarla təyin edilmiş musiqi üzrə şöbə müdiri Lalə Əliyevanın işə davamiyyəti ilə aldığı əmək haqqı yoxlanılsa uyğunsuzluq da aydın olar. (aidiyyatı orqanlardan – AZAL və s.)İxtisası ilə pedaqoji fəaliyyəti uyğun gəlməyən müəllimlərin işləməsi qanunsuzluq deyilmi? (misal üçün Aqui Zəhranın atası Şükürov Əlimurad, təqaüdçü, ixtisasca banka konservləşdirilməsi üzrə mütəxəssis olsa da, gimnaziyada heykəltaraşlıq bölməsinin müəllimi kimi qeydiyyata alınaraq, adına məvacib ödənilərək mənimsənilmişdir. Belələri kifayət qədərdir.) Musiqi bölməsindəki konsertmeysterlər demək olar ki, işləmirlər (adları ştatda var özləri işə gəlmirlər.) Mən özüm dəfələrlə qızımı (İxtisas müəllimi, M.Şabanbəyovanın və Lalə Əliyevanın yaxın rəfiqəsi) Hüseynova Zenfiranın məsləhəti ilə Lalə Əliyevaya nəğd pul ödəmişəm. Konsertmeysterlərlə onların müşaiyət etməli olduğu şagirləri üzləşdirməklə vəziyyəti dəqiqləşdirmək olar.XI siniflərə verilən şəhadətnamələrlə uşaqların musiqi səviyyəsi yoxlanılsa saxta şəhadətnamələrin hansı məqsədlə verdiyi məlum olar.Son illər müəllimlərə və şagirdlərə verilən FƏXRİ FƏRMANLARın kimlərə (demək olar ki, eyni adamlara) verildiyi məlum olar.Sinif otaqları valideynlərin hesabına təmir edilir. Şəxsən mən 2 uşağımın siniflərinin əsaslı təmirində iştirak etmək məcburiyyətində qalmışam. (adi təmirlər öz yerində)Dərs ilinin sonunda M.Şabanbəyova qanunsuz olaraq təyin etdiyi icraçı müavinlərinə müəllimlərin münasibətini öyrənmək üçün xüsusi blankları tərtib etməklə sorğu keçirmişdir. (məqsəd bəlli deyil)Bütün bu qanunsuzluqlar Milli Konservatoriyanın rektoru Səyavuş Kəriminin təyin etdiyi İcraçı “komanda” tərəfindən törədilir. DÖVLƏT STRUKTURLARINI ALDADIR!!! Mənim bu ilin sentyabr ayının əvvəlində Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığım şikayət ərizəmin cavabında Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Ş.Məmmədovun mənə ünvanladığı cavab ərizəsində göstərilən məktubda mənim 2010-cu ildə indiki şikayətimlə heç bir əlaqəsi olmayan, yalnız onun rəfiqəsi, himayədarlıq etdiyi gimnaziyanın fortepiano müəllimi Zenfira Hüseynovadan etdiyim və Yasamal rayonunda deyil, Nizami rayonunda baxılan məhkəmə prosesini əlində əsas tutaraq, gözdən pərdə asmaqla DÖVLƏT STRUKTURLARINI aldadır. TƏƏSSÜF edirəm ki, məsul şəxslər heç bir tədqiqt aparmadan, onun yalanlarına inanaraq, qeyri obyektiv cavab yazmaqla kifayətlənirlər.Sinif otağının azlığına baxmayaraq sinif otaqlarından birini ayıraraq Çudo Peçkanın məhsullarından gəlir əldə etmək məqsədilə satdırır. Altı ay qaynar xətt yoxlaması davam edə bilərmi? (02.04.2013 tarixdə qeydiyyat tutan keçən şikayət hələ də davam edir. Yubanmaqda məqsəd nədir?) Hal-hazırda 18 saat dərs bölgüsünə görə 100 manat rüşvət alır. 18 saatdan çox vaxta isə 150-200 manat rüşvət alır. (musiqi bölməsi üzrə direktor müavini Aqui Zəhra) İcraçı direktorun müavini Zümrüd İmanova tərəfindən təqdim edilmiş siyahı əsasında yeməkxanada nahar edən uşaqların sayı ilə gündəlik ayrılan vəsait arasındakı uyğunluq yoxlanılsa, yeməkxanadakı vəziyyət də aydın olar. Hələ Respublikada az məktəbin malik olduğu yeməkxananın hansı səviyyədə və necə fəaliyyət göstərdiyi məlum deyil? Xahiş edirəm ki, birbaşa Xalqımızın gələcəyi ilə bağlı bu təhsil və mədəniyyət ocağında baş verənlərə laqeyid qalmayasınız.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?