GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabah Qurban bayramıdır

Sabah Qurban bayramıdır

Tarix: 14-10-2013, 09:49 Bölmə :Ölkə Baxış: 825
 Sabah Qurban bayramıdır

İslam dininin ən böyük bayramının əməlləri, qaydalar
Oktyabrın 15-16-da Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Qurban bayramı İslam dinində iki əsas bayramdan biri, daha dəqiqi birincisidir. “Böyük bayram” (Eyd əl-Kəbir) adlandırılan Qurban bayramı hər il Zilhiccə ayının 10-da qeyd olunur.
İslam dinin mühüm ibadətlərindən olan Qurban bayramı Həcc ziyarətinin mühüm hissəsidir. Həcc ziyarətində olan müsəlmanlar Zilhiccə ayının 10-da Mina vadisinə çıxır və bu zaman ziyarətin əsas hissələrindən biri olan qurban mərasimi qeyd olunur.
Qurani-Kərimin ayələrində qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yəni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur. Eyni zamanda bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlini qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu kimi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmaqdır.
Qurban sözü ərəbcədə “qurbə”, yəni yaxın olmaq sözündəndir. Qurban kəsən insan bununla Allaha yaxın olmaq, Onun razılığını qazanmağa cəhd edir. Quran-Kərimin Həcc surəsinin 37-ci ayəsində buyurulur: “Onların (yəni kəsilən heyvanların. K) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”
Ayədən də göründüyü kimi, əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allahın razılığını qazanmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həcdə olmayan müsəlmanlar üçün isə bəyənilən əməl sayılır. Bayram günü harada olmasından asılı olmayaraq maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara bağışlaya bilər.
İslam dinində bayramların özünəməxsus əməlləri var. Qurban bayramında müsəlmanlar qüsl edər və səhər çağı gün çıxandan sonra xüsusi bayram namazını qılmağa gedərlər. Bayram namazı fərdi şəkildə də qılına bilər, ancaq sünnəyə əsasən kütləvi şəkildə qılınmalıdır. Müstəhəbdir ki, müsəlman Qurban bayramı günü bayram namazından sonra qurban ətindən hazırlanmış yemək yesin. Eyni zamanda bayram günü əsas məqsəd ehtiyaclı insanlara yardım etmək, onları sevindirməkdir. Bu mənada yalnız heyvan kəsmək deyil, imkan qədəri ilə kasıb və ehtiyaclı insanlara sovqat aparmaq, hədiyyə etmək lazımdır.
Qurban bayramı namazı gün çıxandan sonra qılınmalıdır. Bayram namazı 2 rikətdir. Birinci rikətdə 5 təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra 1 qunut tutulur. 5-ci qunutdan sonra, bir daha təkbir deyib ruku və səcdə edilir. 2-ci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra 1 qunut tutulur. 4-cü qunutdan sonra, bir daha təkbir deyilir və ruku və səcdə edilir. Namazın sonunda isə, təşəhhud və salamlar deyilir və bununla da, namaz sona yetir.
Şəriətə əsasən qurbanlıq heyvan dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inək 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya, buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın.
Şəriətə əsasən qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürür, bir hissəsini ehtiyaclı kimsələrə ehsan etsin və bir hissəsini də, hədiyyə etsin. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır.
Qeyd edək ki, son dövrlərdə Qurban bayramı günü heyvanların kütləvi şəkildə kəsilməsi, bu işin küçədə insanlar qarşısında edilməsi narahatlıq yaradır. Bununla yalnız onu demək lazımdır ki, İslam dininə əsasən zərurət olmasa heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək olmaz. Eyni zamanda Qurban bir bayram olduğu üçün bu zaman edilən əməllərin gözəl və din adına yaraşan şəkildə həyata keçirilməsi tövsiyə olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Qurban bayramını qeyd edir

    Azərbaycan Qurban bayramını qeyd edir ...

    15-10-2013, 01:02

  • 
  • Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

    Azərbaycanda Qurban bayramı namazının vaxtı ...

    3-10-2014, 19:45

  • 
  • Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

    Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq ...

    6-09-2014, 13:58

  • 
  • Əfv Qurban bayramı ərəfəsində ola bilər

    Əfv Qurban bayramı ərəfəsində ola bilər ...

    24-09-2013, 12:08

  • 
  • Xaçmaz və Şabran polis şöbələrində işçilərdən nazirin adından pul yığılıb-Qurban bayramı üçün

    Xaçmaz və Şabran polis şöbələrində işçilərdən ...

    14-10-2013, 20:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu