Seçkiqabağı əfv olacağı ilə bağlı yerli mediada bir sıra xəbərlər yayılır.
Hətta iddialara görə, əfv edilənlər arasında sabiq nazirlərin də adları olacaq. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə musavat.com-a əfvin Qurban bayramı ərəfəsində olacağını deyib: “Biz istərdik ki, əfv seçkilərdən qabaq olsun. Amma komissiyaların yığışmalarından görünür ki, seçkidən öncə əfv gözlənilmir. Ancaq bu o demək deyil ki, Tofiq Yaqublu, İlqar Məmmədov və NİDA-çılar bu əfv fərmanına düşə bilərlər. Sadəcə olaraq, biz Əfv Komissiyasına məktub yazmışdıq ki, prezidentdən humanist addım gözləyirik. Seçkiqabağı olduğu üçün belə bir addım atıb onları azad edə bilər”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?