Qəzaya düşənlər Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun inşasını aparan tikinti şirkətinin işçiləridir İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Qəzaya düşənlər Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun inşasını aparan tikinti şirkətinin işçiləridir. Hadisə ötən gün İmişli-Qaradonlu avtomobil şossesinin 8-ci km-də, rayonun Çahar kəndindən keçən hissəsində qeydə alınıb. Naxçıvan sakini, 32 yaşlı Elnur Hacıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Neftçala sakinləri 26 yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlif dərəcli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib. Qeyd edək ki, qəzaya uğrayanlar Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tikintisini aparan “Kolin” şirkətinin işçiləridir. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?