Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib.
APA-nın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, iş üzrə iddiaçı Vəliyev Fikrət Səlim oğludur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi üzrə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Məhkəmə iddianı təmin etmədiyi üçün F.Vəliyev Apellyasiya Məhkəməsinə müraciət edib.
T.Əhmədovla bağlı apellyasiya şikayətinə oktyabrın 17-də baxılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?