Şikayətdə birinci instansiya məhkəmənin hökmünün ləğvi və Ə.Zeynallıya bəraət verilməsi əksini tapıb
Mayın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə ilkin baxış iclası keçiriləcək. Bu barədə Turan-a Elçin Sadıqov bildirib. Şikayətdə birinci instansiya məhkəmənin hökmünün ləğvi və Ə.Zeynallıya bəraət verilməsi əksini tapıb. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ə. Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Məhkəmə onu CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 306 (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə təqsirli bilir. Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də keçmiş deputat Gülər Əhmədovanın (hazırda özü dələduzluğa görə həbsdədir) şikayəti əsasında həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?