“Gülər Əhmədovanın məhkəməsində iştirak etmək fikrim yoxdur. Əvvəlcə məhkəməyə özü ilə bağlı məsələləri sübut etsin, sonra bizə nəyisə sübut etməkdən danışsın. Sadəcə Gülər Əhmədova məhkəmədə özünü müdafiə etmək yerinə mənimlə bağlı danışıb ki, hakimiyyətə gərəkli olduğunu nümayiş etdirsin. İqtidara mesaj verib ki, hətta həbsdə olduğu vaxtda, bu şəraitdə belə əhəmiyyətliliyini itirməyib, onlara gərəkli ola bilər”.
Bunu Musavat.com-a Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli məhbus sabiq deputat Gülər Əhmədovanın məhkəmədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən dedi. C.Həsənli qeyd etdi ki, parlamentin üzvü olduğu dövrdə G.Əhmədova ilə xüsusi bir münasibəti olmayıb “Sadəcə Milli Məclisdə üz-üzə gələndə salamlaşmışıq. Onunla ayrıca bir həmkar dostluğumuz olmayıb”.
C.Həsənli bildirdi ki, ortada video görüntülər, cinayət işi var: “Onun “mandat alveri” ilə məşğul olması barədə videogörüntülər, səs yazısı var. Adam hazırda buna görə, həbsdədir. Gülər Əhmədova mənə qarşı ittihamlar səsləndirməklə azadlığa çıxmaq istəyir”.
Qeyd edək ki, dələduzluqda ittiham olunan sabiq deputat G.Əhmədova bu gün keçirilən məhkəmədə C.Həsənlinin ünvanına bir sıra ittihamlar səsləndirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?