GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Naxçıvanda Xan istibdadı

Naxçıvanda Xan istibdadı

Tarix: 19-12-2012, 12:39 Bölmə :Ölkə Baxış: 733
Naxçıvanda Xan istibdadı

İşdən çıxarılan müxalifətçiyə təzyiqlər davam edir

gundemxeber.az Müsavat Partiyası Naxçıvan MR Təşkilatının fəalı Əfqan Məmmədov siyasi əqidəsinə görə, özünə və yaxınlarına təzyiqlər olduğunu bildirir. O deyir ki, təzyiqləri Şahbuz Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon prokurorluğunun əməkdaşları həyata keçirir:« Ötən il Daylaqlı kəndindəki torpaq sahəmizi girov qoyub, «Naxçıvan kredit» Bank Olmayan Kredit Təşkilatından (BOKT MMC) 1000 manat kredit götürmüşdüm. Notariusda bağlanan müqavilədə göstərilirdi ki, krediti qaytara bilməsəm, torpaq kredit təşkilatının hesabına keçəcək. Hər iki işimi itirdiyimdən pulu qaytara bilmədim. Qanunla torpaq kredit təşkilatının hesabına keçməlidir. Buna etiraz etmirəm. Ancaq bank qalıb bir tərəfdə, icra hakimi bir tərəfdən, prokurorluq da digər tərəfdən düşüblər üstümə ki, pulu qaytarmalısan. Mən də deyirəm ki, siz bu işə qarışa bilməzsiniz. Kredit təşkilatı bilər, mən bilərəm. Günahım var, qoy məhkəməyə versinlər. Prokurorluq kimdir ki, bu məsələyə qarışsın».
Əfqan Məmmədov deyir ki, ona təzyiq kimi qaynını bir neçə dəfə prokurorluğa aparsalar da, hazırda qohumu azadlıqdadır. O, siyasi əqidəsinə görə, əvvəllər də təzyiqlərlə üzləşdiyini deyir.
Əfqan Məmmədov bu ilin avqust ayında AzadlıqRadiosuna bildirmişdi ki, siyasi əqidəsinə görə, öncə çalışdığı Naxçıvan Dövlət Filarmoniyasından, daha sonra dərs dediyi Culfa Rayon Bənəniyar kənd musiqi məktəbindən uzaqlaşdırılıb. Əfqan Məmmədov hər iki iş yerindən eyni vaxtda uzaqlaşdırılmasını özünə qarşı siyasi təzyiq sayırdı. Müsavatçı fəal hesab edirdi ki, onun işdən çıxarılması heç bir qanuna söykənməyib. Elə buna görə də Naxçıvan şəhər məhkəməsinə üz tutub. Lakin bildirdiyinə görə, məhkəmədə də onun şikayətini qəbul etmək istəməyiblər.
Hələ o vaxt Naxçıvan Dövlət Filarmoniyasının müdiri Elman Əliyev və Culfa Rayon Mədəniyyət Şöbəsinin direktoru Fikrət Cəfərov AzadlıqRadiosuna verdikləri açıqlamada Əfqan Məmmədovun əmək intizamını pozduğuna görə işdən uzaqlaşdırıldığını bildirmişdilər. Naxçıvan Şəhər Məhkəməsindən də iddiaları rədd edirlər.
Əfqan Məmmədov deyir ki, Naxçıvanda səsi eşidilmədiyindən hüquqlarını qorumaq üçün Bakıya üz tutub. Bakıya gələndən sonra isə bir neçə dəfə zəng vurub, ondan Naxçıvan haqqında mətbuatda çıxış etməməyi tələb ediblər. Əfqan Məmmədovun bildirdiyinə görə, kredit məsələsi də o, bu tələbə əməl etmədikdən sonra başlayıb: «İndiyə kimi kredit təşkilatı bir dəfə də olsun məndən pulunu istəməyib. İcra hakimiyyəti ilə prokurorluğun mənə qarşı siyasi təzyiqdir. Bəlkə də təşkilatla icra hakimiyyətinin hansısa gizli razılığı var, bir-birindən pul qazanırlar biz bilmirik? Tutaq ki, borcum var. Buna görə qohumlarımı niyə incitməlidirlər?».
«Naxçıvan Kredit» BOKT MMC-dən Əfqan Məmmədovun onlardan girov müqabilində kreditlə pul götürdüyünü və borcu gecikdirdiyini təsdiqlədilir. MMC-nin müavini Rəşad Həsənov: «Bəlkə başqa işə görə prokurorluğa çağırıblar. Torpaq qoyub pul götürüb bizdən. Gecikməyə görə, məhkəməyə müraciət edəcəyik. Maraqlandım bizə dedilər ki, o, salamat adam deyil, Naxçıvandan qaçıb».
Şahbuz Rayon İcra Hakimiyyətindən də «Naxçıvan Kredit» BOKT MMC ilə hər hansı əlaqələrinin olmadığını bildirdilər. İcra hakiminin köməkçisi Elnur Baxşəliyev: «Kredit verən təşkilat özü yığmalıdı pulunu. Bunun icra hakimiyyətinə nə dəxli? Onlar müqavilə bağlayarkən razılaşıblar ki, necə qaytarılacaq. Bəlkə, kredit təşkilatı prokurorluğa özü müraciət edib. İnanmıram ki, icra hakimiyyəti bu işlərə qarışsın».
Şahbuz Rayon Prokuroru Ramiz Məmmədov isə belə işlərə qarışmağa səlahiyyətlərinin çatmadığını bildirdi:
- Bizim ona nə aidiyyətimiz? Bizim onunla işimiz yoxdur. Təşkilat bilər, özü bilər.
- Əfqan Məmmədov deyir ki, onun qohumlarını qolunu qandallayıb aparıblar.
-Kim deyir? Onun qohumu ilə nə işimiz? Özü nə vaxt qayıdıb gələr, ödəyər öz pulunu. Bizə nə dəxli var? Mən rayonun prokuroruyam. Məhkəmə bilər, kredit təşkilatı bilər.
Hüquqçu Yalçın İmanov da bildirir ki, qanunla hər hansı şəxsin kredit təşkilatı ilə borc mübahisəsi yalnız məhkəmə vasitəsi ilə həll oluna bilər:
«Bu mülki – hüquqi məsələdir. Bu halda yalnız məhkəməyə müraciət olunmalıdır. Məhkəmə araşdırıb müəyyən etdikdən sonra ki, həmin şəxsin borcu var, bununla bağlı qətnamə çıxarılmalıdır. Prokurorluğun, yaxud hansısa hüquq – mühafizə orqanın bu işə qarışması absurddur. Girov vardırsa, məhkəmə girovla da bağlı qərar çıxartmalıdır».

Yafəz Əkrəmoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Azərbaycanda piri girov qoyub kredit götürmək istədilər

    Azərbaycanda piri girov qoyub kredit götürmək ...

    23-05-2013, 03:27

  • 
  • Azərbaycanda kredit almaq çətinləşəcək.

    Azərbaycanda kredit almaq çətinləşəcək. ...

    19-08-2015, 11:30

  • 
  • İşləməyən, dollarla kredit borcu olanlar hansı güzəştlər istəyir?

    İşləməyən, dollarla kredit borcu olanlar hansı ...

    21-01-2016, 20:50

  • 
  • Manatla kredit verən banklar məlum oldu - SİYAHI

    Manatla kredit verən banklar məlum oldu - SİYAHI ...

    1-04-2015, 21:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu