Sahibkarlar Haqqin.az saytına bildiriblər ki, yanğın zamanı yerli hakimiyyət orqanları ticarət mərkəzindəki mağazaların təhlükəsizliyini təmin etməyiblər. Nəticədə bir qrup adam yaranmış qarışıqlıqdan istifadə edərək mağazaları qarət ediblər.
Sahibkarlar İcra Hakimiyyətindən talançıların vurduğu ziyana görə təzminat tələb edirlər.
***
11.50
“Karvan” Ticarət Mərkəzinin sahibkarları bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşırlar. “Axar.az” xəbər verir ki, sahibkarlar şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmək və kompensasiya almaq məsələsini müzakirə etmək istəyirlər.
Hadisə yerində olan “Dünya” TV-nin Xəbərlər departamentinin direktoru Nizami Rəsulovun dediyinə görə, icra hakimiyyətinin qarşısı həddən artıq qələbəlikdir və zərərçəkən sahibkarların axını davam etməkdədir: “Eldar Əzizov yerində yoxdur, ona görə də onları kimin qəbul edəcəyi bilinmir”.
Eldar Əzizovun müavinləri sahibkarlarla icra hakimiyyətinin binası qarşısında görüşürlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?