Orxan Zeynalov səfirlik əməkdaşlarına tutulub-saxlanılan gün və istintaq təcridxanasında olduğu müddət ərzində ona qarşı fiziki təzyiq tədbirləri və digər əsası olmayan sərt, ləyaqəti alçaldan davranış tərzinin tətbiq edildiyini söyləyib Azərbaycanlı diplomatlar Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zaynalovla görüşüblər. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə 16 və 18 oktyabr tarixli diplomatik notaları və Rusiya İstintaq Komitəsinə 18 oktyabr 2013-cü il tarixli məktubuna əsasən, 22 oktyabr tarixində konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov Rusiya Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətməsində ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilə görüşün keçirilməsi üçün Rusiyanın Cəzaların İcra edilməsi üzrə Federal Xidmətinin Moskva şəhər İdarəsinin 1 saylı istintaq təcridxanasına buraxılıblar.
Görüş zamanı səfirlik əməkdaşları O.Zeynalova onun hüquqlarını izah etmiş, söhbət aparmış və onun maraqlarının müdafiə etməsi üçün səfirlik tərəfindən vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilənin bağlandığı barədə xəbər veriblər.
O.Zeynalov tutulub-saxlanılan gün və istintaq təcridxanasında olduğu müddət ərzində ona qarşı fiziki təzyiq tədbirləri və digər əsası olmayan sərt, ləyaqəti alçaldan davranış tərzinin tətbiq edildiyi barədə məlumat verib.
Səfirliyin tapşırığı əsasında, O.Zeynalovun sözlərinə, habelə KİV-in yaydığı məlumat, o cümlədən videokadrlara istinadən, vəkil V.İ.Anikuşkin ittiham olunan şəxsdə bədən xəsarətlərinin aşkar edilməsi məqsədilə onun tibbi baxışdan keçirilməsi, ona qarşı fiziki təzyiq tədbirlərinin görülməsi faktları üzrə xidməti yoxlamanın təşkil edilməsi barədə bir neçə vəsatət qaldırıb, eləcə də onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi dair apelyasiya şikayətini təqdim edib.
O.Zeynalovun diqqətinə çatdırılıb ki, səfirlik gələcəkdə də istintaqın gedişatı və cinayət işinə məhkəmə instansiyalarında baxılmasının 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyası və 1995-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq konvensiyasının müvafiq müddəaları nəzərə alınmaqla, RF CM və Cinayət Prosessual Məcəllənin çərçivəsində obyektiv şəkildə təmin olunmasına dair səylər göstərəcək.
Sorğu
Yeni dizaynımız necədir?