Mayın 3-də ARDNŞ-in Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin 100 nəfərə qədər işçisi tətilə başlayıb. Tətil edənlər Bibiheybət NQÇİ-nin 4-cü mədəninin işçiləridir. Onlar əmək haqqının azlığına etiraz edirlər.
İşçilər bunun xəbərdarlıq aksiyası olduğunu bildiriblər. Onlar əmək haqlarının artırılmayacağı təqdirdə tətilin başqa mədənlərə və bütövlükdə neft sənayəsinə yayılacağını deyiblər. ARDNŞ rəhbərliyindən nümayəndələr tətillə əlaqədar Bibiheybət NQÇİ-yə yollanıblar. Məlumat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından daxil olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?