Qruzinform-a (http://ru.saqinform.ge/index.php?option=com_content&view=article&id=15050:–l—-r&catid=42:pravo&Itemid=400#axzz2idKVTqLv) istinadən xəbər verir ki, bunu açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib. D.Gülməmmədov bildirib: “Mənə məlum olduğu kimi, sonradan Türkmənistan, Qazaxstan, Özbəkistanda da baş verə biləcək inqilabi dəyişikliklərin planlı şəkildə həyata keçirilməsindən ötrü, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə sui-qəsd hazırlanmaqdadır. Bəzi dairələr Azərbaycanda bir növ “ərəb baharı” iğtişaşlarına bənzər iğtişaşlar törətmək istəyir. Sonradan bu iğtişaşları da yuxarıda adını sadaladığım ölkələrə ixrac etmək istəyirlər. Azərbaycan təhlükəsizlik xidməti orqanları qeyd edilən halların qarşısını almaq üçün bu yönümdə xüsusi işlər görməlidirlər. Əgər vaxtında qarşısı alınmazsa bu bütün Cənubi Qafqaz və Orta Asiya regionu dövlətləri üçün faciəvi sonluqla bitə bilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?