Milli Şuranın vahid namizədinin üstünə kimyəvi maye atıblar?
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli təxribatla üzləşib. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, avqustun 26-da axşam saatlarında Cəmil Həsənli evə gedərkən ona xəsarət yetirməyə cəhd olub. Məlumatda deyilir ki, Cəmil Həsənli yaşadığı ünvana daxil olanda binaların birindən üstünə qaynar maye atıblar. Hadisənin şahidlərin bildirib ki, maye 2 və ya 3-cü mərtəbədən atılıb. Lakin Cəmil Həsənlinin mühafizəçiləri onu təhlükədən qoruya bilib. Şahidlər deyir ki, mayedən xüsusi qoxu gəlirmiş. Ehtimal olunur ki, bu kimyəvi maye olub.
Məlumatı Cəmil Həsənlinin mühafizəçiləri təsdiqləyib. Lakin əlavə heç nə demək istəməyiblər. Məsələ ilə bağlı Cəmil Həsənlinin özünün də mövqeyini öyrənməyə çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?