Vicdan məhbusu ombudsmanla görüşmək istəyir Oktyabrın 24-də vəkili Bəhruz Bayramov MTN-in istintaq təcridxanasında vicdan məhbusu, «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşüb. Görüşdən sonra vəkil bildirib ki, jurnalist saxlanma şəraitindən, istintaqın ləng aparılmasından şikayətlənib: “Pərviz saxlanılan kameraya yenə baxış keçirilib və onun qeydləri diqqətlə yoxlanılıb. Jurnalist onunla hərbi əsir kimi davranılmasına etiraz edir. O, təcridxanadan Prezident İlham Əliyevə müraciət edib. Müraciətində hüquqlarının pozulduğunu bildirib və ailə üzvləri, körpə qızı ilə əlaqə saxlamağa imkan verilmədiyindən şikayətlənib. Vicdan məhbusu prezidentdən xahiş edir ki, onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılması barədə göstəriş versin”.
Bəhruz Bayramov daha sonra bildirdi ki, Pərviz Həşimli ombudsman Elmira Süleymanovanı MTN-in istintaq təcridxanasına dəvət edib: “Dedi ki, xahiş edirəm ki, şəxsən Elmira xanım mənə baş çəkib şikayətlərimi dinləsin, saxlanma şəraitimlə tanış olsun”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?