Bu gün Bakıda GUAM Parlament Assambleyasının beşinci iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsünün və Vişeqrad qrupu ölkələrinin və TürkPA-nın nümayəndələri qonaq qismində iştirak edəcəklər.
GUAM PA-nın beşinci iclasında quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?