Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovaya qarşı növbəti məhkəmə prosesi başlayıb.
Modern.az xəbər verir ki, ötən məhkəmədə Gülər Əhmədova haqqında seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəmişdi: “Mənim evimdə 8 yaşlı uşağım var. O, anasız böyüyür. Ev dustaqlığını sadəcə, balama görə istəyirəm ki, o anasız böyüməsin”.
Lakin ev dustaqlığı ilə bağlı iddia təmin olunmayıb.
Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.
* * *
Bu gün sabiq deputat, adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın məhkəmə prosesi davam edəcək.
AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədovanın vəkili məhkəmədə icazəsiz video çəkilişdən məhkəmədə sübut kimi istifadə edilməməsi üçün vəsatət qaldıracaq. Ancaq bununla bağlı Konstitusiya Məhkəməsindən qanunun müvafiq maddəsinə şərh olmaq mümkün olmayıb.
Buna görə də G.Əhmədovanın müdafiəçiləri qanunun bu maddəsi ilə bağlı Ukrayna Konstitusiya Məhkəməsini şərhindən istifadə etməyi nəzərdə tutub.
Sözügedən şərh G.Əhmədovanın keçmiş vəkili, məhkəmə ərəfəsində G.Əhmədova ilə müqaviləsinə xitam verilən Raqif Mustafayev tərəfindən əldə edilib. Ancaq məhkəmədə R.Mustafayev G.Əhmədovanın vəkili kimi çıxış etmədiyindən sözügedən şərhdən hansı formada istifadə ediləcəyi hələlik məlum deyil.
Xəbəri təsdiqləyən R.Mustafayev bildirib ki, qanunsuz çəkiliş və səs yazısından məhkəmədə sübut kimi istifadə olunmaması barədə Ukrayna Konstitusiya Məhkəməsini şərhini o, şəxsi təşəbbüsü ilə əldə edib: “Bizim Konstitusiya Məhkəməsi belə şərh vermədi. Ona görə də mən istintaq müddətində bu barədə araşdırma apardım. Ukrayna və Azərbaycan Konstitusiyaları oxşardır. Bizim Konstitusiya Məhkəməsindən fərqli olaraq Ukraynanın Konstitusiya Məhkəməsi qanunun müvafiq maddəsinə şərh verib və həmin şərhdən məhkəmə prosesində istifadə nəzərdə tutulurdu. Ancaq mən daha Gülər Əhmədovanın vəkili deyiləm və topladığım bütün materialları digər vəkilə təqdim etmişəm. Onun məhkəmədə həmin materialdan necə istifadə edəcəyini isə söyləyə bilmərəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?