Elton Məmmədov: “Mən belə adamları milli hisslərdən uzaq, öz maraqları naminə hər şeyi qurban verməyə hazır məxluqlar kimi qəbul edirəm”
“Azərbaycana “ərəb baharı”nın gələcəyini gözləyənlərin arzuları gözlərində qalacaq. Qarşıdakı seçkilərdə də xalq Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevə etimad göstərəcək”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda ciddi inkişaf gedir və bunu gözü götürməyən yerli və beynəlxalq dairələr hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar: “Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etdiyi dövrdən bugünədək böyük inkişaf yolu keçib. Müstəqilliyimizin ilk illərində dövlət büdcəsi 250 milyon dollar halda hazırda bu rəqəm yüz dəfədən də çox artaraq, 25 milyard manata çatıb. Regionda Azərbaycanın rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Bütün bunlar da bəzi beynəlxalq dairələri narahat etdiyindən onlar hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar. Daxili satqınlar da onların əlində alətə çevrilərək, Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Amma əmin olsunlar ki, onların çirkin niyyətləri heç zaman gerçəyə çevrilməyəcək”.
Vəkil Aslan İsmayılovun “Azadlıq” qəzetinə son müsahibəsində Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid edən məqaləsinə toxunan Elton Məmmədov Aslan İsmayılovun ünvanına sərt ittihamlar səsləndirdi: “Aslan İsmayılov kimdir ki, Ramiz Mehdiyevi tənqid eləsin. Onun Ramiz Mehdiyevi tənqid etməyə mənəvi haqqı yoxdur. O, əvvəl bir özünə baxsın, görsün kimdir, sonra başqaları haqqında danışar. Mən belə adamları milli hisslərdən uzaq, öz maraqları naminə hər şeyi qurban verməyə hazır məxluqlar kimi qəbul edirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?