“Facebook” şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçən şəxs “İran Şeytanları Respublikası” adlı profildə sünnü məzhəbindən olan dostlarına salam göndərərək, Azərbaycandakı şiələrə qarşı başlanacaq silahlı mübarizəyə hazır olmağa çağırıb.
“Enekin Skayvoker” bundan başqa Fərman Çətin adlı birinin əlində hərbi təyinatlı bıçaq tutmuş şəklini, Mirzəhməd əl-Qusari adlı digərinin isə əli ilə müəyyən işarə göstərdiyi fotosunu da yayıb. Şəklin altında Azərbaycanda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, ilhiyyatçı Şahin Həsənlinin həyatına qəsd üçün hazırlıq görüldüyü də qeyd olunub. İnternet üzərindən çağırış edən şəxs özünü “Meşə qardaşları” qruplaşmasının üzvü adlandırıb.
Milli Təhlükəsizlik Nazirliyi bu məsələ ilə bağlı araşdırma aparırmı? Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Arif Babayev “Media forum” saytının sualını belə cavablandırıb: “Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?