GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Terror hədələrinə qarşı əməliyyatlar başlayır- Azərbaycanda

Terror hədələrinə qarşı əməliyyatlar başlayır- Azərbaycanda

Tarix: 5-02-2014, 10:44 Bölmə :Ölkə Baxış: 919
Terror hədələrinə qarşı əməliyyatlar başlayır- Azərbaycanda

Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib.


“Meşə Qardaşları”, “Ceyşullah” kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür.

Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. Etibarlı mənbələrdən aldınan məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.

Xəbərdə o da deyilir ki, “Meşə Qardaşları” və “Ceyşullah”ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var.

Bu əməliyyat çərçivəsində həmin qrupların da zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və onların liderləri ilə bağlı da tədbirlər görüləcək.

Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın 3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli sürüblər.

Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da əhatə edəcək.

Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni, xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər görülməlidir.

Qeyd edək ki, son günlərdə ard-arda “Meşə Qardaşları” və “Ceyşullah” Azərbaycana qarşı savaş elan etdiklərini, hərbi əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi hədələrin ardınca isə “Meşə Qardaşları” Azərbaycan polisini hədəfə alaraq belə bir bəyanat yayıb: “Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək”.

Bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə çalışdıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi.

Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki, ölkənin milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq (müsavat).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17

  • 
  • ŞOK: Vəhabiləri maliyyələşdirən məmurlar araşdırılır

    ŞOK: Vəhabiləri maliyyələşdirən məmurlar ...

    19-02-2014, 23:22

  • 
  • Suriyada döyüşən azərbaycanlılarla bağlı sensasion iddia...

    Suriyada döyüşən azərbaycanlılarla bağlı ...

    30-01-2014, 15:19

  • 
  • Bəşər Əsəd Azərbaycanı qarışdıra bilər

    Bəşər Əsəd Azərbaycanı qarışdıra bilər ...

    2-02-2014, 11:07

  • 
  • Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları

    Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli ...

    12-06-2015, 14:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu