GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazim İbrahimovun qardaşı sahibkarı Azərbaycandan didərgin saldı

Nazim İbrahimovun qardaşı sahibkarı Azərbaycandan didərgin saldı

Tarix: 5-11-2013, 15:49 Bölmə :Ölkə Baxış: 827
Nazim İbrahimovun qardaşı sahibkarı Azərbaycandan didərgin saldı
Elşad Məmmədov: “"Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin dələduzluğundan ölkəni tərk etmək məcburiyyətindəyəm”
Bu gün ölkəmizin paytaxtında inşa olunan yaşayış binalarında satışa çıxarılan mənzillər ətrafında yaşanan müxtəlif qalmaqallarla artıq heç kəsi təəccübləndirmək olmaz. Belə mənzillərin eyni vaxtda bir neçə vətəndaşa satılması, saxta sənədlərin təqdim olunması və digər müxtəlif üsullarla vətəndaşların aldadılması hallarına kifayət qədər tez-tez rast gəlinir. Əlbəttə ki, hüquq-mühafizə orqanları tərəfindən bu kimi dələduzluq əməllərinin qarşısının alına bilməməsi çox təəssüf doğuran haldır.
Digər tərəfdən isə, bəzi hallarda vətəndaşların özləri də dələduzların toruna düşmələri və hətta təqsirkarların məsuliyyətə cəlb oluna bilməmələri üçün “əllərindən gələni edirlər.” Belə ki, biz öz təcrübəmizdə dəfələrlə mənzil almaq istəyən vətəndaşların heç bir qanuni ödəniş çeki, müqavilə və digər hüquqi sənədlər olmadan, sadəcə “centlmen razılaşması” əsasında hər hansı şirkətə külli-miqdarda pul ödəmələrinin də şahidi olmuşuq. Lakin Elşad Məmmədovun başına gələnləri qətiyyən, heç bir halda onun səhlənkarlığı ilə izah etmək olmaz. Daha dəqiq desək bu qaranlıq məsələdə nə inşaat şirkəti ilə bağlanmış müqavilənin sonradan birtərəfli qaydada ləğv olunmasını, nə bu qanunsuz qərarın Nəsimi rayon məhkəməsi tərəfindən qüvvədə saxlanmasını, nə yarım milyonluq vəsait dövriyyəsinin şəffaflığını təmin edə bilməyən şirkətə yüz milyardlıq layihənin etibar olunmasını, nə də bütün bu məqamların doğurduğu çoxsaylı sualları ümumiyyətlə heç bir məntiqi əsaslarla izah etmək olmur.
Qeyd etməliyik ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıblar. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir. Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. “Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir.
Bundan bir müddət sonra E.Məmmədov həmin mənzillərdən birini (52 saylı) satmaq fikrinə düşür. Elə bu məqamda Orxan Sadıxov Elşaddan həmin mənzilə aid müqaviləni və digər sənədləri müştəriyə göstərmək bəhanəsilə alır. Aradan bir neçə gün keçəndən sonra isə Elşad Orxanın sənədlərlə birlikdə “itdiyini” başa düşür. Bundan sonra “itmiş” sənədləri bərpa etmək məqsədilə E.Məmmədov ikinci dəfə “Avesta Konserni”nin ofisinə gəlir. Burada isə ona deyirlər ki, sözü gedən müqavilə artıq “Həsən 96” MTK tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. Bundan sonra Elşad min-bir əziyyətlə Hacı İbrahim İbrahimovun qəbuluna düşür. Problemin tezliklə həll olunacağını gözləyən şikayətçi ən azından ödədiyi pulu geri tələb edir. Lakin İ.İbrahimov onu hədələyərək hələ bir ikinci evin də sənədlərini gətirməsini tələb etmişdir. Təbii ki, Elşad imtina etmişdir. Şikayətçinin sözlərinə görə bundan sonra ona qarşı konsernin rəhbərliyi tərəfindən ciddi təhdid və hədələrə rəvac verilmişdir. Hətta iş o yerə gəlib-çıxmışdır ki, Elşad Məmmədov ailəsinin və özünün təhlükəsizliyi üçün Bakıdan qaçaraq rayondakı qaçqın qohum-əqrəbasına sığınmaq qərarına gəlmişdir. Onun sözlərinə görə konsernin mühafizə xidmətinin əməkdaşları bəzən açıq nömrədən də zəng vuraraq Elşadı təhdid etmişlər ki, “səni banditizmə apararıq, problem yaratma”. Belə nömrələrdən birini şikayətçi bizə də təqdim etmişdir: 070 260 04 07.
Bu arada Elşad Məmmədov və onun ailəsi barədə bəzi məlumatları da təqdim etməyi lazım bildik. Elşad özü və iki qardaşı gənc yaşlarından valideynlərini itiriblər. Bu gün əllərində olan nə varsa, hər şeyə böyük zəhmət və əziyyətlə nail olublar. Hər üç qardaş Yeni Azərbaycan Partiyasının üzvüdür. Elşad Məmmədov vaxtilə Binəqədi rayonunda YAP-ın “Göyəzən” adlı gənclər təşkilatını yaradıbmış, təşkilata cəlb etdiyi xeyli sayda gəncin üzvlük haqqını da öz cibindən verirmiş. Elşadın böyük qardaşı İlqar Məmmədov isə Qarabağ müharibəsi veteranıdır...
Lakin bütün bunlar nə “Avesta Konserni”nin rəhbərliyi üçün, nə də tərəflərin sonradan üz tutduqları məhkəmə instansiyaları üçün göstərici deyil. Məsələ bundadır ki, E.Məmmədovun əlində qalan ikinci müqavilə də Hacı İbrahim İbrahimovun müraciətinə əsasən Nəsimi rayon məhkəməsinin hakimi Səyyad Qafarinin qəbul etdiyi qətnamə ilə ləğv olunmuşdur. Əlbəttə, biz məhkəməyə müraciət edən şəxslərin kimliyinin və onların xidmətlərinin qərar çıxarılan zaman nəzərə alınmalı olmadığını başa düşürük. Lakin nəzərdən keçirdiyimiz halda məhkəmənin qəbul etdiyi qərar özü qanuna ziddir. İddiaçı İ.İbrahimov bildirir ki, onun mənzilin E.Məmmədova satılmasında vasitəçilik edən Orxan Sadıxovla bağladığı başqa bir müqavilə də mövcuddur.
Həmin müqaviləyə əsasən O.Sadıxov Bakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən “Xəzər Adaları” kompleksinin ərazisində yerləşən “Skat” restoranının vitraj və pəncərə sistemlərinin quraşdırılması işlərini icra etməli idi. Nəzərdə tutulan işlərin ümumi dəyəri isə 500 min manat məbləğində müəyyənləşdirilmişdir. İ.İbrahimov iddia edir ki, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin E.Məmmədova satışı da məhz “Skat” restoranında görülən işlərin müqabilində həyata keçirilmişdir. Amma bir müddət sonra məlum olmuşdur ki, Orxan Sadıxov həmin restoranda heç bir iş görməmişdir. Buna görə də iddiaçı E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə də bu iddianı təmin etmişdir. İndi bu qərarın qanuni demirəm, heç olmasa məntiqi əsaslarını kim izah edə bilər? Əgər Orxan Sadıxov “Avesta Konserni” kimi bir nəhəngin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, bunun cəzasını digər bir vətəndaşmı çəkməlidir? O.Sadıxov “Skat” restoranının vitrajlarını qoymadı, “Avesta Konserni” öz mənzillərini geri aldı, bəs Elşad Məmmədovun ödədiyi 355 min manat pul necə oldu? Axı Elşad bu pulu nəğd şəkildə MTK-ya ödədiyini iddia edir və bütün sənədlər də (ödəniş qəbzi, maliyyə arayışı) məhz bunu təsdiq edir!
Amma görünür "Khazar İsland" lahiyyəsinin rəhbəri, "Avesta" Konserninin Prezidenti Hacı İbrahim İbrahimovun nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir. Yeri gəlmişkən, Elşad Məmmədov öz ərizəsində İ.İbrahimovun onunla söhbətində, “əgər Arif Paşayevdən yuxarı instansiya tanıyırsansa, ora məndən şikayət edə bilərsən”- kimi ifadə işlətdiyini də qeyd etmişdir. Həqiqətən də bu gün E.Məmmədovun şikayət etmədiyi instansiya qalmayıb. Bir ünvana bəlkə də 10 dəfə məktub göndərib. Bu məktublar ölkə prezidentinə, baş prokurora, müdafiə naziri xaricində bütün güc nazirliklərinə, Mehriban xanım Əliyevaya, Ramiz Mehdiyevə, müxtəlif məhkəmələrə, polis bölmələrinə və sair qurumlara ünvanlanıb.. Amma bu şikayətlərə baxılmır ki, baxılmır. Sonda isə Elşad Məmmədovun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Kamil Əliyevin Baş Prokuror Zakir Qaralova ünvanladığı məktubun məzmunu ilə də oxucularımızı tanış etmək istədik: “Hörmətli cənab Baş Prokuror! Bir vəkil olaraq mənim çalışmağımdan şikayətçi Elşad Məmmədova bir fayda çatmır, vəziyyət dəyişmir.
Vətəndaşın 355 000 (üç yüz əlli beş min) manat dəyərində mülkiyyəti olan daşınmaz əmlakı (mənzilləri) dələduzluq və vəzifə səlahiyyətlərini aşma yolu ilə əlindən alınmışdır. Hörmətli Baş Prokuror, sizə göndərilmiş şikayətlərə məhəl qoyulmur, sistemli şəkildə proseduralar pozulur. Təhqiqatçı şikayəti təmin etmək və yaxud rədd etmək haqqında qərar belə çıxarmır, şikayətçi Elşad Məmmədovun ərizəsini araşdırmadan bölmənin dəftərxanasında olan materiala tikir. Kimlərəsə ərköyünlük statusu verilirsə, ona qarşı Baş Prokurorluq tərəfindən mütləq sanksiyalar tətbiq olunacağına inanırıq. Çünki bu ərköyünlüyə nə ölkə başçısı, nə də ki, baş prokuror razılaşa bilməz.”
Ələddin Kəsəmənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədova cavab

    Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki ...

    24-08-2013, 14:10

  • 
  • Nazim İbrahimovun qardaşına şok müraciət

    Nazim İbrahimovun qardaşına şok müraciət ...

    20-02-2014, 23:37

  • 
  • Təcili: İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı iş adamının sensasion yazışması yayıldı - Təhqirlərlə dolu təhdid... Fotofakt (18+)

    Təcili: İbrahim Nehrəmlinin qardaşı ilə Qazaxlı ...

    26-05-2015, 14:15

  • 
  • Hacı İbrahim Nehrəmli özünü xan hesab edir.

    Hacı İbrahim Nehrəmli özünü xan hesab edir. ...

    4-09-2013, 17:12

  • 
  • Hacı İbrahimin əlindən ölkədən qaçaq düşüb

    Hacı İbrahimin əlindən ölkədən qaçaq düşüb ...

    10-10-2013, 14:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu