GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda məktəb direktoru müəlliməyə əxlaqsız təklif etdi

Bakıda məktəb direktoru müəlliməyə əxlaqsız təklif etdi

Tarix: 6-11-2013, 13:01 Bölmə :Ölkə Baxış: 592
Bakıda məktəb direktoru müəlliməyə əxlaqsız təklif etdiBu günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı iki sensasion yazı dərc edilib (həmin yazılarla bu linkdən tanış olmaq mümkündür: link).

Yazılarda Bakıdakı orta məktəblərin birində direktorun gənc müəlliməyə əxlaqsız təkliflər etməsindən söz açılır.

“Müəllimənin göz yaşları” başlıqlı məqalənin müəllifi, türkiyəli jurnalist Süleyman Güdül yazır: “Sizlərə gözlərimlə şahid olduğum, qulaqlarımla eşitdiyim bir olaydan - 13 illik pedaqoji təcrübəsi olan azəri müəllimənin göz yaşlarından yazmaq istəyirəm.

Azərbaycandan ayrılmazdan bir gün öncə həmin müəllimə ilə təsadüfən rastlaşdıq. Həyat yoldaşımın müəlliməyə “İki gün sonra məktəblər açılır. Uşaqlar sizi gözləyir, xeyirli olsun” dedi. Qadın ağlamağa başladı və məktəbdə ona qarşı haqsızlıq edildiyini, işdən çıxarıldığını söylədi”.

Müəllif daha sonra “müəllimənin məruz qaldığı haqsızlığı anlatmağa əxlaqım yol vermir” yazır və sözünə belə davam edir: “Mənim burada o müəllimənin məruz qaldığı haqsızlığı yazmağa əxlaqım yol vermir. Həm də bir qadına, iki oğul anasına və müəlliməyə hörmət edirəm. Üstəlik müəllimə mənim jurnalist olduğumu bilmədiyindən ondan heç nə soruşmadım. Ancaq onun həyat yoldaşıma söylədiklərinin bir hissəsini oxucularımla bölüşürəm.

Edilən haqsızlıqlara göz yummaq mənim kitabımda yer almayıb. Bir dövlətin daxili işlərinə qarışmağa da ixtiyarım yoxdur. Amma bir insan olaraq da o dövlətdə törədilən haqsızlığı dövlət rəsmilərinə çatdırmaq mənim borcumdur.

Məsələnin araşdırılması üçün Azərbaycanın dövlət başçısına, bu ölkənin Təhsil Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna müraciət edərək mənim burada yaza bilmədiyim hadisələrin araşdırılmasını istəyirəm. O qadın Azərbaycan dövlətinə iki oğlan verib, onları dövlətə əsgər olaraq yetişdirir.

Bu müəllimə 13 illik məslək həyatının 11 ilini Şəmkirdə, sonradan isə Bakıya gələrək 2 ilini Bakıda davam etdirib. Həyat yoldaşından ayrılıb. Azərbaycan dövlətinə iki oğul əsgər yetişdirir.



Azərbaycanda analıq məzuniyyəti yerinə işə göndərilən müəllimələr işlə təmin edilirlər. İşlə təmin olunmazdan əvvəl isə onlar imtahan verirlər. Bu müəllimə də həmin imtahanda oğlunun başına iki gün əvvəl gələn bir hadisədən həyəcanlanmış vəziyyətdə iştirak edib. Depressiya vəziyyətində qatıldığı imtahanda testdən lazımi keçid balını toplaya bilməyib. Bu müəllimənin hansı səbəblərdən sarsıntı keçirdiyi rəsmi məlumatlarda qeyd edilib. Keçid balını toplaya bilmədiyi üçün 13 illik təcrübəsi olan müəllimənin işsiz qalması yolverilməzdir. Bu, bir dul qadının iki oğlan uşağı ilə aclığın, yoxsulluğun ağuşuna atılmasıdır. Məncə, bunun tək günahkarı məktəb müdiridir. Əgər araşdırma aparılsaydı, bu faktlar bəlli olardı.

Hələ istefa verməmiş və maaş almamış bir müəllimənin maaş almaması faktını araşdırmayan Təhsil Nazirliyini qınayıram. İnşallah, əlaqədar qurumlar iki övladı ilə birgə aclığa məhkum olunmuş müəllimənin göz yaşlarını dinləyəcək, beləcə də dövlət olaraq müəlliməyə sahib çıxdıqlarını dünyaya duyuracaqlar”.

Qeyd edək ki, S.Güdül “Müəllimənin göz yaşları” başlıqlı yazıdan bir neçə gün sonra “Sizin namus anlayışınız bumu” başlıqlı ikinci məqaləsini də dərc etdirib. Türk yazar həmin məqalədə daha dəhşətli məqamlara toxunur.

S.Güdül yazır: “Mən ölkə qadınlarına hörmət qoyaraq iki öğlan övladı olan qadının adını yazımda vermədim. Sadəcə faktla maraqlananlardan mənə müraciət edəcəklərini gözləyirdim. Məqsədim qadını inciltmədən hadisənin araşdırılmasına nail olmaq idi. Halbuki Azərbaycanın Təhsil və Ədliyyə nazirliklərinə, prokurorluğa müraciət etmişdim.

Lakin göndərdiyim məlumata cavab verən olmadığından müəllimə ilə görüşüb vəziyyəti araşdırmayıblar. Əxlaqsız təklif edən şəxsə rəsmən dəstək olublar.

Yəni bu müəlliməyə əxlaqsız təkliflər edən məktəb direktorunun dediyi kimi: “Sən istədiyin yerə şikayət edə bilərsən. Mən pul verib bu hadisəni ört-basdır etdirərəm. Amma sonrasını sən düşün”.

Deməli, rüşvət verib istənilən hadisənin üstünü örtmək olar bu ölkədə? Yəni pulu olan hər kəs sərbəstdir, pulu olmayan isə qanuni haqqını tələb edə bilmir?

Təbii ki, bu hadisənin araşdırılmasından sonra pul verməklə faktın gizlədiləcəyinin, yoxsa sözlə və əllə təcavüzə məruz qalan azərbaycanlı müəllimənin namusunun üstün gələcəyinin şahidi olacağıq.

Müəllimənin 13 illik iş təcrübəsi var. Sadəcə bir hadisədən təsirlənərək imtahan verə bilməyib. Bundan istifadə edən məktəb direktoru müəlliməyə sözlə və əllə təcavüz edib. Onun cinsi istəyi ilə razılaşmayan müəllimə işdən kənarlaşdırılıb.

Namus bu qədər ucuzdurmu? Namus bu qədər ucuzdur ki, məktəb direktoru səlahiyyətlərindən yararlanaraq 13 illik müəlliməni onun şəhvət arzularına qarşılıq vermədiyi üçün qapıdan qovur?

Namus bu qədər ucuzdur ki, pul verərək hadisənin üstünü örtmək mümkün olsun? Bunu Azərbaycan yetkililərindən soruşuram.

Bu qadın Azərbaycan millətindən olduğu üçün o ölkənin namusunu daşıyır. Azərbaycan pulu çox olan, əxlaqdan kənar, namus anlayışını heçə sayan bu məktəb direktoruna həddini bildirməklə iki oğul anasına sahib çıxmalıdır.

Günahsız olan müəllimə dərdini kimsəyə söyləyə bilmir, qorxu yaşayır. “Mənə pislik edərlər, məni öldürərlər, uşaqlarıma zərər vurarlar” - deyir. Çünki məktəb direktoru müəlliməni qorxudub. Hüquq-mühafizə orqanları bunu da dəyərləndirməlidir.

Təpik vurub küçəyə atmaq asandır, namusu qorumaq isə çətindir. İnsanlar namus üçün yaşayırlar. Birilərinin seks arzu və ehtiyaclarını qarşılamaq üçün namuslarından vaz keçməzlər. Üstəlik bir azərbaycanlı və iki oğul anasıdırsa...

Azərbaycanın yetkililəri unutmasınlar ki, namus bu qədər ucuz deyil və bu namus onlarındır”.

***

Virtualaz.org saytı Türkiyə mətbuatında dərc edilmiş və sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş bu hadisədə adı keçən müəlliməni tapdı. Q.R adlı (onun adı-soyadı bizə məlumdur, amma bəlli etik mülahizələrə görə yazmırıq-red.), 36 yaşlı müəllimə başına gələnləri danışdı. Onunla söhbətimizi olduğu kimi təqdim edirik:

- Neçə ildir o məktəbdə çalışırsınız?

- O məktəbdə 2 il ibtidai sinif müəlliməsi işləmişəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi imtahana qatılandan sonra analıq məzuniyyətinə çıxmış müəllimənin yerinə məktəbdə işə götürüldüm. Bu ilin avqustunda isə təkrar imtahan verdim.

- Bu iki il ərzində direktorla probleminiz olub?

- Yox, amma ara-sıra niyyətini bildirirdi. Ona görə də çalışırdım ki, onunla üz-üzə gəlməyim. Amma uşaqlarıma görə dözürdüm. İmtahana girməzdən əvvəl otağına girib vaxt istədim. Məsələ burasındadır ki, imtahandan iki gün əvvəl oğlumla bağlı problem yaranmışdı, sarsıntı keçirirdim. Xahiş etdim ki, problemi həll edəndən sonra imtahan verməyimə yardım etsin.

- Yardım etdimi?

- Dedi ki, məni evinə qonaq çağırmırsan. Dedim mənim evimə yalnız atam gələ bilər. Mən həyat yoldaşımdan ayrılmışam. O da bunu bilirdi. Dedi ki, oğlanların evdə olmayanda dəvət elə. Razılaşmadım. Sonra imtahana getdim.

- Təkrar görüşünüz oldu?

- İmtahanda keçid balını toplaya bilmədim. Doğrusu, 300 manat götürüb direktorun yanına getdim. Pulu masanın üstünə qoyub dedim ki, bu pul şirinlikdir. Təkrar söz atdı. Ayağa qalxdım, qolumdan tutub məni özünə tərəf çəkməyə çalışdı, pulu götürüb sinəmə basmaq istədi. Amma imkan vermədim. Dedi ki, niyə nazlanırsan. Özümü təhqir olunmuş hiss edirdim. İşdən çıxdım. Yəqin ki, onu evimə “qonaq” çağırsaydım, mənə də sinif verərdi. Deyim ki, mənimlə bir illik müqavilə bağlanmışdı. Sonradan bir il yenə işlədim. Bəzi müəllimələr var ki, onlara 3 sinif verirlər. Müəllimələrdən biri sözarası dedi ki, “direktorun qəlbinə dəyməsəydin, sənə də sinif verərdi”.

- Niyə Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən kömək istəmədiniz?

- Təhsil Nazirliyinə məktub yazdım. Direktora da dedim ki, təhsil idarəsinə gedəcəm. Cavabında qayıdıb dedi Nailə xanımı (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyevanı nəzərdə tutur-red.) da işdən çıxaracaqlar, nazirliyə də şikayət edirsən et. Sonradan bildim ki, mənim az bal topladığımı əsas gətirərək işdən çıxarıblar, amma yerimə iş təcrübəsi olmayan, imtahanda bal toplaya bilməyən birisini götürüblər.

- Söhbətin hansı məktəbdən getdiyini niyə açıqlamaq istəmirsiniz?

- Düzü, qorxuram, oğlanlarım böyüyür, qohumlarım var. Amma edilən haqsızlığa da göz yummaq istəmirəm. Elə məsələlər var ki, onu mətbuata deyil, ancaq nazirə açıqlamaq istəyirəm. Əgər məni qəbul edib dinləyərlərsə, dediklərimi araşdırıb çox mətləbləri öyrənə biləcəklər.

- Məktəbin adını yenə də açıqlamadınız...

- Deyim də. Sabunçu rayonunda yerləşən 69 saylı orta məktəbdə işləmişəm. Haqqında danışdığım direktor isə Xalqverdi Abbasovdur. Mənə edilən haqsızlığın araşdırılmasını istəyirəm.

- Bəs Türkiyə mətbuatı bundan necə xəbər tutub?

- Həmin ərəfədə yazının müəllifi Bakıda olub. Mən onun jurnalist olduğunu bilmədən başıma gələnlərdən həyat yoldaşına danışmışam. Bundan sonra zəng edərək Türkiyə mətbuatında yazı getdiyini dedilər. Mən onun jurnalist olduğunu bilsəydim, yoldaşı ilə bu mövzuda danışmazdım.



***

Hadisədə adı çəkilən məktəb direktoru Xalqverdi Abbasovun da məsələyə münasibətini öyrəndik. Onunla telefon danışığımızı olduğu kimi təqdim edirik:

- Xalqverdi müəllim, Türkiyə mətbuatında sizin məktəblə, konkret olaraq sizinlə bağlı yazı verildiyindən xəbərdarsınızmı?

- Yox. Nə yazıldığından xəbərsizəm.

- O yazıda məktəbinizdəki bir müəllimənin haqsızlıqla üzləşdiyi və ona əxlaqsız təklif etdiyiniz barədə danışılır...

- O müəllimə müqavilə əsasında analıq məzuniyyətinə çıxmış müəlliməni əvəzləyirdi. Analıq məzuniyyətində olan müəllimə geri qayıdandan sonra o xanım işdən çıxdı. Mən onu işdən saxlaya bilməzdim axı.

- Bəs ona əxlaqsız təklif etməyinizlə bağlı iddialar necə olsun?

- Bu məsələ araşdırıla bilməz. O qadın çox söz deyə bilər. Onun deməyinə kim inanır axı? Qadındır da, deyir. Ona kim inanacaq? Kimin yanında olub? Niyə bu işlər həmin müəllimənin işlədiyi 3 ildə yox, sonra açıldı? Bu nə dəlilikdir?

***

Qeyd edək ki, məsələ ilə bağlı suallarımızı və Türkiyə mətbuatında yazılanları rəsmi olaraq Təhsil Nazirliyinə də təqdim etmişik. Lakin hələlik nazirlik məsələyə münasibətini açıqlamayıb. Açıqlayan kimi virtualaz.org saytı həmin mövqeyi də işıqlandıracaq. Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şagirdlər müəllimənin intim şəkillərini yayıb (FOTO)

    Şagirdlər müəllimənin intim şəkillərini yayıb ...

    10-06-2013, 15:20

  • 
  • Universitetdə 2 tələbəsini zorlayan müəlliməyə 15 il həbs cəzası verilə bilər

    Universitetdə 2 tələbəsini zorlayan müəlliməyə 15 ...

    20-06-2013, 11:10

  • 
  • Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı

    Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə ...

    25-05-2016, 15:41

  • 
  • Şagirdi müəllimənin gözləri qarşısında öldürdülər - VİDEO

    Şagirdi müəllimənin gözləri qarşısında öldürdülər ...

    26-12-2014, 00:36

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu