Rusiyanın paytaxt Moskva şəhərində Politexnik kollecdə bir gənc faciəvi şəkildə həyatını itirib. Onun ölüm səbəbi tələbə yoldaşlarının istehzası olub.
Kadrlardan görünür ki, həmyoldaşlarını gənci əli-qolu bağlı halda dəhlizdə aparırlar. Gənc məcburən tullana-tullana gedir. İstintaqa o da məlum olub ki, buna qədər tələbələr onun zorla başı aşağı unitaza sallayıblar.
Daha sonra faciə sinifdə davam edir. Videoda gəncin sözün həqiqi mənasında sinfə uçurulduğu görünür. Bağlı ayaqları ilə tarazlığını qoruya bilməyən tələbə partaya çırpılır. Hər şey müəllimin gözü önündə baş verir. Bundan sonra tələbə boğulmağa başlayır, müəllim cəld şəkildə yardım çağırmaq üçün sinifdən çıxır.
Tələbələr onun əlini yapışqan lentdən azad etməyə çalışırlar. Lakin bunun köməyi olmur, gənc boğularaq ölür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?