“Müəllimlərin və səhiyyə işçilərinin maaşı bu insanları qane etmir”.
Virtualaz.org-un modern.az-a istinadən xəbərinə görə, bunu noyabrın 6-da Milli Məclisdəki büdcə müzkirələri zamanı deputat Asim Mollazdə deyib. Onun sözlərinə görə, nə qədər ki, təhsildə ciddi islahatlar aparılmayıb, maaşlar atırılmayıb və səhiyyədə icbari tibbi sığorta tətbiq edilməyib, bu sahələrin inkişafı və effekltiv fəaliyyətindən danışmağa dəyməz: “100-150 manat maaş alan müəllimdən nə tələb edə bilərik? Biz onlara bununla rüşvətxor damğası vurmuş olacağıq, amma bu, heç də belə deyil. Əgər bu gün Azərbaycanın imkansız ailəsi müalicə üçün İrana gedirsə və sabah İran viza rejimi tətbiq edərsə, o zaman hansı acınacaqlı vəziyyətin yaranacağını gözümüzün önünə gətirə bilərik. Yenidən soydaşlarımız 3-5 sutkalarla viza almaq üçün növbələrə düzülmüş olacaq”.
Ümumdünya Ticarət Təşkilatına qoşulmağın vacibliyini qeyd edən deputat bildirib ki, bu sahədə aparılan islahatlar ləngidiyəndən, laboratoriyaların olmaması kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxmasına maneçilik törədir.
Asim Mollazadə AMEA-da da ciddi islahatların aparılmasının vacibliyini qeyd edib.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deputata cavab olaraq bildirib ki, bu gün islahatlardan danışmaq asandır: “Amma bu gün maaşları qaldırmaqla problemi həll edə bilmərik. Əksinə, bu, ciddi inflyasiyalara səbəb ola bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?